/ / “Cocuq Mərcanlıdan Şuşaya” layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib
“Cocuq Mərcanlıdan Şuşaya” layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib
15.03.2017 [10:07]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin “Cocuq Mərcanlıdan Şuşaya” birgə layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.
Gənclər əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarına həmişəyaşıl ağaclar əkiblər. Aksiyada fəallıq göstərən gənclər Cocuq Mərcanlı kəndində aparılan inşaat-quruculuq işlərində iştirak edəcəklərini deyiblər.
Gənclər sonra ön cəbhə xəttindəki səngərlərə gələrək burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıblar. N saylı hərbi hissədə şəxsi heyətlə keçirilən görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qarşıdan gələn Novruz bayramı münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan əsgərinin mərdlik və qəhrəmanlığından bəhs edərək bildirib ki, ötən ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini sübut etdi.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığından, şəxsi heyətin ruh yüksəkliyindən danışıb.
N saylı hərbi hissənin komandiri bu cür görüşlərin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynadığını vurğulayaraq, qonaqlara minnətdarlığını bildirib.
Sonra bayram sovqatları, rayon gənclərinin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilib. Qonaqlar əsgərlərlə rəqs edib, birgə xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, “Cocuq Mərcanlıdan Şuşaya” layihəsində məqsəd YAP GB-nin üzvlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərin, evlərin bərpasında iştirakının təmin olunmasıdır. YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin fəal üzvlərinin bir qrupu Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat dəstələri yaratmaq istədiyini bildirib. Belə təşəbbüs və müraciətlər YAP Gənclər Birliyi və partiyanın Nəsimi rayon təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından mindən çox partiya fəalı bu təşəbbüsə qoşulub. Könüllü gənclərdən ibarət inşaat briqadaları Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

