Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransına hazırlıq işləri davam edir

YAP Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransına hazırlıq işləri davam edir

28.01.2017 [10:40]

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının ərazi ilk partiya təşkilatlarında təsdiq olunmuş qrafik üzrə hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Növbəti yığıncaq 38 saylı ərazi ilk partiya təşkilatında (Mingəçevir Turizm Kollecində) keçirilib.
38 saylı ərazi ilk partiya təşkilatının sədri Əyyub Əyyubov geniş hesabat məruzəsi ilə çıxış edib. Ə.Əyyubov hesabat dövrü ərzində ərazi ilk partiya təşkilatının gördüyü işlər haqqında ətraflı məlumat verərək bildirib ki, təşkilat qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində səylə çalışıb. Onun sözlərinə görə, hesabat dövrü ərzində 103 nəfər partiya sıralarına qəbul olunub.
Sonra ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonda isə ərazi ilk partiya təşkilatının 11 nəfərdən ibarət yeni idarə heyətinin üzvləri, təşkilat sədri və YAP Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransına 14 nəfər nümayəndə seçilib.

Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30