/ / YAP Şəmkir rayon təşkilatının IX Konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılıb
YAP Şəmkir rayon təşkilatının IX Konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılıb
12.01.2017 [09:27]
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının IX Konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılıb. Bu məqsədlə YAP Şəmkir rayon təşkilatı Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə YAP Şəmkir rayon təşkilatı Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev açaraq hesabat məruzəsi ilə çıxış edib, ilk partiya təşkilatının fəaliyyəti barəsində məlumat verib. Onun sözlərinə görə, sədrlik etdiyi ilk partiya təşkilatı özündə 245 nəfər partiya üzvünü birləşdirir. Hesabat dövrü ərzində təşkilatda 70-dən artıq gənc partiya sıralarına üzv qəbul edilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvə olduğunu bildirib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.
Yığıncaqda Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin direktoru Əsgər Ələsgərov, YAP Şəmkir rayon təşkilatının fəal üzvlərindən Tural Əliyev, Fəxri Yusibov, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvlərindən Rəfiqə Mürsəlova, Sahibə Əmiraslanova və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab edilib, xüsusilə gənclərin fəaliyyəti yüksək qiymətləndirilib.
Yığıncaqda təşkilat sədrlərinin hesabat məruzəsi dinləndikdən sonra təşkilatın İdarə Heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20

