Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Sahil” parkında Xocalı soyqırımı ilə bağlı videoçarxlar yayımlanıb

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Sahil” parkında Xocalı soyqırımı ilə bağlı videoçarxlar yayımlanıb

26.02.2016 [10:25]

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Sahil” parkında Xocalı soyqırımının mahiyyətini özündə əks etdirən videoçarxlar yayımlanıb. Videoçarxlar ermənilər tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda törədilən soyqırımından bəhs edir.
Videoçarxlarda erməni vəhşiliklərini əks etdirən və indiyə kimi heç bir yerdə səslənməyən faktlar, real şahidlərin ifadələri, habelə həmin dövrdə xarici mətbuat səhifələrində soyqırımı ilə bağlı məlumatlar öz əksini tapıb. Həmçinin faciə ilə əlaqədar kifayət qədər foto-arxiv sənədləri, o dövrdə nəşr edilmiş yerli və xarici mətbuatın məlumatları, faciənin canlı şahidlərinin fikirləri nümayiş etdirilib.
Tədbirin təşkilində əsas məqsəd yer almış Xocalı soyqırımının anılması, gənclərə və cəmiyyətə vətənpərvərlik hisslərinin aşılanması, bu faciənin insanlığa böyük bir ləkə olduğunu vurğulamaqdır.

Paylaş:
Baxılıb: 1579 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30