/ / YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
19.01.2016 [10:09]
Hikmət Babaoğlu: 20 Yanvar faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndər Heydər Əliyevin bəyanatı mühüm rol oynadı
Təmraz Tağıyev: 20 Yanvar hadisəsi milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında gənclərin iştirakı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Onun sözlərinə görə, məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi: “1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb”.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu həmin dövrlərdə çox ciddi, tarixi hadisələrin baş verdiyini bildirib. Onun fikrincə, bu hadisələri neqativ və pozitiv hadisələrə bölmək olar: “Pozitiv odur ki, bütün bunların fonunda milli kimliyimizi dərk etdik, müstəqilliyimizi qazandıq. Neqativ isə odur ki, tarixi faciə yaşadıq. Əslində, həmin hadisələr təsadüfi deyildi, bu əvvəlcədən planlaşdırılan siyasət idi. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi, Dağlıq Qarabağda separatçılar aksiyalar keçirdilər, Ermənistandan azərbaycanlılar qovuldular. Bütün bunların fonunda 20 Yanvar faciəsi yaşandı. Bu faciəni niyə xatırlayırıq? Çünki bizim tarixi yaddaşımızdır. Ən böyük xalq odur ki, öz tarixini, keçmişini bilir. Keçmişimiz bizə gələcəkdəki qələbəmizi təmin etmək üçün lazımdır. Öyrənmək ona görə lazımdır ki, gələcəkdə hər hansı səhvlərə yol verilməsin”.
Millət vəkili qeyd edib ki, sovet imperiyası bu hadisəni törətməklə Azərbaycan xalqını qorxutmaq istəyirdi: “SSRİ-nin bütün informasiya resursları ermənilərin lehinə, bizim isə əleyhimizə işləyirdi. Halbuki, təcavüzə biz məruz qalmışdıq”.
Respublika rəhbərlərinin də Moskvanın göstərişlərini yerinə yetirdiyini deyən Hikmət Babaoğlu bildirib ki, sovet imperializmini neomədəni imperializm kimi səciyyələndirə bilərik: “Bu imperializm Vəzirov kimi kosmopolit insanlar yetişdirərək Azərbaycana rəhbər təyin etmişdi. Faciə baş verən zaman isə o, respublikadan qaçdı. Vəzirovdan sonra hakimiyyətə gələn Ayaz Mütəllibov da milli maraqlarımızı qorumadı. Biz bu faciədən ona görə qaça bilmədik ki, respublikamızın rəhbərləri milli maraqlara xidmət etmirdilər, əksinə xalqımızı sovet imperiyasının maraqlarına qurban verdilər”.
1990-cı ildə Bakı Soyuducular zavodunun “Çinar” qəzetində işlədiyini deyən Hikmət Babaoğlu Qanlı Yanvar hadisəsinin iştirakçısı kimi öz xatirələrini bölüşüb. O deyib ki, o zaman müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri xalqı meydanlara, küçələrə səsləsələr də, özləri gizlənmişdilər.
Millət vəkili qeyd edib ki, 20 Yanvar faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında o zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyevin bəyanatı mühüm rol oynadı: “Bilirsiniz ki, 1987-ci ildə Qorbaçovun təzyiqi ilə Ulu öndər Heydər Əliyev məcburən istefaya göndərilmişdi. Ulu öndərimiz heç bir təzyiqdən çəkinməyərək ailə üzvləri ilə birgə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu hadisəni kəskin pislədi, günahkarların cəzalandırılmasını tələb etdi. Məhz Ulu öndər Heydər Əliyevin bəyanatı xarici mətbuatda yayıldı. Çünki Azərbaycan mətbuatı sovet ideologiyasına xidmət edirdi, dövlət televiziyasının enerji bloku partladılmışdı. Ümummilli lider Heydər Əliyev ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar faciəsinə tarixi-siyasi qiymət verildi. Xalqımız 20 Yanvar şəhidlərinin əziz xatirəsini daim yad edir. Prezident İlham Əliyev şəhid ailələrinin, 20 Yanvar hadisəsi zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edir. Biz bu faciəni unutmuruq. Ona görə unutmuruq ki, şəhidlərimizin qanı yerdə qalmasın, torpaqlarımız işğaldan azad edilsin. Bunun üçün də ölkəmiz güclənir”.
Sonra 20 Yanvar hadisələri zamanı əlil olmuş Svetlana Zeynalova o qanlı gecənin canlı şahidi olaraq 15 yaşındaykən yaşadığı ağrılı faciəni “dəyirmi masa” iştirakçıları ilə bölüşüb. “Həmin gecə silahlardan açılan atəşlərin qəlpələri hələ də bədənimdə qalır”, - deyə o bildirib.
YAP Nərimanov rayon təşkilatının baş təlimatçısı Nizami Babaşov da qanlı gecənin şahidi kimi fikirlərini söyləyərək, ovaxtkı yerli rəhbərliyin insanları aldadaraq küçələrə, tankların qarşısına silahsız, əliyalın çıxardığını bildirib.
Tədbirdə həmçinin fəal gənclərdən Mehti Namazov, İlahə Sadıqova, Günay İmanova və digərləri çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

