Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib
19.11.2015 [10:14]
Azərbaycan Universiteti və “SƏS” Media Qrupunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Dünən Azərbaycan Universiteti və “SƏS” Media Qrupunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. “Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir”, - deyə o, vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu. Bundan sonra, dağıdılmış iqtisadiyyatımız bərpa olundu, yeni konstitusiya qəbul edildi, siyasi-hüquqi islahatlar həyata keçirildi və ölkəmiz tərəqqi yoluna qədəm qoydu”.
Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən A.Əsgərovun sözlərinə görə, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında müsbət imicə, yüksək nüfuza malikdir: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək partiyanın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsindəki özünəməxsus rolundan danışıb. Qeyd edib ki, ötən 23 ildə şərəfli bir tarix yazan YAP keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi vəziyyətdə zamanın tələbi və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi yaranıb: “Yeni Azərbaycan Partiyası sırf ictimai-siyasi zərurətdən yaranıb. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti Azərbaycanda milli həmrəyliyi və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin edib. Bu gün cəmiyyətimizin hər bir sağlamdüşüncəli nümayəndəsi Yeni Azərbaycan Partiyasına üz tutur. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu vurğulayıb ki, YAP Azərbaycanın siyasi sisteminə yeni ruh, siyasi mədəniyyət, siyasi əxlaq və mühüm keyfiyyət dəyişiklikləri gətirdi: “Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu olmaqla bərabər, eyni zamanda, siyasi sistemimizi təşkil edən digər partiyalara da örnək oldu. Sözün həqiqi mənasında, YAP milli keyfiyyətdə milli maraqları qoruyan və dövlətçiliyə xidmət edən ümumxalq partiyasına çevrildi”.
Baş redaktor bildirib ki, bu gün YAP-ın 660 mindən çox üzvü var. Bunların içərisində isə Azərbaycan cəmiyyətinin ən aparıcı insanları cəmləşib: “Həmin insanlar bütövlükdə Azərbaycanın sosial, iqtisadi və maliyyə strukturunun bütün sahələrini əhatə edir. YAP ümumxalq partiyasıdır. Çünki bu partiyanı yaradan şəxsiyyət də məhz Azərbaycan xalqının Ümummilli lideridir. İllər ərzində YAP cəmiyyətin lokomotiv gücü olmaqla dünyada və regionda baş verən proseslərə adekvat reaksiya göstərməklə öz fəaliyyətini təkmilləşdirdi. Bu gün partiyamız gənclərin, ziyalıların, qadınların, alimlərin, incəsənət xadimlərinin və bütövlükdə isə Azərbaycan xalqının partiyasıdır”.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, YAP Azərbaycan tarixinin keşməkeşli günlərində - xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə - 1992-ci il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb: “Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 23 ildə çətin və şərəfli yol keçib, Azərbaycanı bir çox bəlalardan xilas edərək dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynayıb”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

