“Güclü Azərbaycanın intellektual və savadlı gəncliyi var”
05.11.2015 [10:26]
Seymur Orucov: Təxribatlara əl ataraq seçki prosesinə xələl gətirmək istəyənlər öz layiqli cavablarını aldılar
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucovun SİA-ya müsahibəsi:
- Seymur müəllim, 1 noyabr parlament seçkilərində gənclərin fəaliyyətini ümumilikdə necə qiymətləndirmək olar?
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri təkcə seçki prosesində deyil, ölkənin ictimai-siyasi həyatında, o cümlədən də partiyanın həyata keçirdiyi bütün tədbirlərdə, beynəlxalq konfranslarda aktiv iştirak edirlər. YAP-ın ətrafında birləşən gənclərin ən ümdə vəzifələri Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti gənclər arasında təbliğ etməkdir. Gənclər cənab Prezidentin qəbul etdiyi qərarların icrası ilə bağlı öz üzərlərinə düşən məsuliyyəti dərk edir, dövlətin apardığı gənclər siyasətini təqdir edirlər. 2015-ci il ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin oldu. Belə ki, ilk Avropa Oyunları, Milli Məclisə V çağırış seçkilərin keçirilməsi vacib hadisələrdən oldu. Seçki prosesində gənclərimiz nəinki Gənclər Birliyinin ofisində, bütünlüklə respublikanın ərazisində YAP-ın irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasında yaxından iştirak ediblər. İmzatoplamadan başlayaraq, YAP-ın namizədlərinin dəstəklənməsinə qədər fəaliyyətləri ilə nümunə olublar. Onu da nəzərinizə çatdırmaq istərdim ki, xüsusilə çağdaş dünyanın tələblərinə uyğun olaraq gənclərimiz partiyamızın namizədlərinin təbliğatını sosial şəbəkələrdə daha geniş şəkildə apardılar. Bu mənada da gənclərin işini yüksək dəyərləndirirəm. YAP Gənclər Birliyi tərəfindən təbliğat-təşviqat dövründə müxtəlif səpkili 8 videoçarx hazırlanıb “youtube”da, rəsmi səhifəmizdə, qruplarda yerləşdirilmişdi. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimiz üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaran gənclərdir. Güclü Azərbaycanın intellektual, bilikli və savadlı gəncliyi var.
- Bəzi beynəlxalq qurumlar ölkəmizə qarşı növbəti dəfə qarayaxma kampaniyası aparır, müxtəlif bəyanatlarla çıxış edirlər. Əsassız bəyanatların arxasında, sizcə, nə durur?
- İnkişafı ilə əksər dövlətləri geridə qoyan Azərbaycanı istəyən qüvvələrlə yanaşı, istəməyənlər də, təbii ki, mövcuddur. Parlament seçkilərindən öncə də, sonra da biz bunların şahidi olduq. Hər nə qədər beynəlxalq qurumların nümayəndə heyəti seçkilərdə iştirak edib öz müsbət rəyləri ilə çıxış etsələr də, bir-iki təşkilat növbəti dəfə qərəzli bəyanatlarla çıxış etdi. Hər hansı beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda seçkini müşahidə etmək istəmirsə, bu, o demək deyil ki, parlament seçkilərinin legitimliyinə şübhə ola bilər. Respublika üzrə müşahidəçi kimi seçki məntəqələrinin bir çoxunda müşahidələr aparan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli, demokratik şəraitdə keçirilib. İstər texniki təchizat baxımından, istərsə də təşkilati baxımdan seçki məntəqələrində bütün mümkün şərait yaradılmışdı. İnsanlar çox rahat şəkildə gəlib öz namizədlərinə səs verə bilirdilər. Beynəlxalq qurumlar da bütün bunların şahidi oldular. Ona görə də bu və ya digər formada hər hansı bir mənfi fikir söyləmək qərəzdən başqa bir şey deyil.
- Seçkilərdə uğur qazana bilməyən müxalifətdən olan bəzi şəxslərin hay-küy qaldırmalarının arxasında xarici qüvvələrin dayandığını demək olarmı?
- İçimizdə olan bəzi insanlar var ki, havadarlarına özlərini göstərmək üçün canfəşanlıq edirlər. Təxribatlara əl ataraq seçki prosesinə xələl gətirmək istəyənlər öz layiqli cavablarını aldılar. Necə olur ki, özləri deputat seçiləndə seçkilər legitim idi, indi qeyri-legitim oldu? Bu, o demək deyil ki, İqbal Ağazadənin, Pənah Hüseynin verdikləri mənasız bəyanatlarla şəffaf seçkilər şübhə altına alınacaq. Sadəcə olaraq bu adamlar öz itirilən nüfuzlarını saxlamaqdan, müəyyən qruplardan vəsait əldə etməkdən ötəri belə fikirlər söyləyirlər. Amma bunun heç bir nəticəsi olmayacaq. Xalq öz seçimini edib, seçkilər yüksək səviyyədə başa çatıb.
- 1 noyabrda Azərbaycandakı seçkilərlə yanaşı, qardaş Türkiyədə də seçkilər keçirilib. Hər iki ölkədə hakim partiyalar qalib oldu...
- Yeni Azərbaycan Partiyası daim özünün beynəlxalq əlaqələrini genişləndirir. Münasibətlərin qurulmasına, əlaqələrin möhkəmlənməsinə partiya rəhbərliyi xüsusi əhəmiyyət verir. Sevindirici hallardan biridir ki, YAP-ın əməkdaşlıq etdiyi Türkiyənin Ədalət və İnkişaf Partiyası yenidən qalib oldu. Türkiyədə seçkinin rəsmi nəticələri elan olunduqdan sonra öz növbəmizdə, təbriklərimizi ünvanladıq. Əlaqələrimiz dost, qardaş dövlət maraqları üzərində qurulub və bu əlaqələr bundan sonra daha da inkişaf etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

