YAP-ın parlament seçkilərində qələbə qazanacağı şübhəsizdir
13.10.2015 [10:01]
Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun ağsaqqalları ilə görüşüb
Oktyabrın 10-da parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Nərimanov rayonunun ağsaqqalları ilə görüşüb.
Tədbiri açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib. T.Tağıyev vurğulayıb ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu olduğunu bildirib. Təbliğat çərçivəsində ilk görüşün rayon ağsaqqalları ilə təşkil olunduğunu deyən T.Tağıyev bu ənənənin bu seçkilər dövründə həyata keçirildiyini vurğulayıb. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov seçicilərin hər zaman YAP-ın namizədini dəstəklədiyini bildirib. Bu rayonun deputatının Əli Əhmədov olduğunu deyən M.Həsənov onun rayonun inkişafı yönündə böyük işlər gördüyünü deyib: “Biz inanırıq ki, Hikmət Babaoğlu da bu yolu uğurla davam etdirəcək. Çünki o, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanı təmsil edir. Ağsaqqallar olaraq ona seçkilərdə xeyir-dua veririk və seçicilər arasında onun təbliğatını davam etdirəcəyik”.
Professor Vilayət Əliyev YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsi olduğunu bildirib. Nərimanov rayonunda böyük quruculuq işlərinin aparıldığını deyən V.Əliyevin fikrincə, millət vəkillərinin də bu prosesdə payı var. “Hesab edirəm ki, 19 saylı Seçki Dairəsindən ən uğurlu namizəd Hikmət Babaoğludur. Biz seçkilərdə YAP-ın namizədi olan Hikmət Babaoğluna uğurlar arzulayırıq. Ağsaqqalların xeyir-duasını alan hər işdə qalib gəlir və Hikmət müəllimin də seçkilərdə qalib gələcəyinə inanırıq”, - deyə o qeyd edib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin direktoru Vaqif Novruzov təbliğat kampaniyası çərçivəsində ilk görüşün rayon ağsaqqalları ilə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ağsaqqal sözünə, məsləhətinə həmişə ehtiyac var. “Seçkilərdə Hikmət müəllimə uğurlar arzulayıram. Əminəm ki, seçicilər YAP-ın namizədinə etimad göstərəcəklər. Hikmət Babaoğlunun elmi-siyasi potensialı yüksəkdir və bu potensialdan parlamentdə istifadə edəcəyinə əminik”, - deyə V.Novruzov vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxışında bildirib ki, YAP-ın cəmiyyətdə nüfuzu olduqca yüksəkdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atır: “Qarşıdan gələn parlament seçkiləri partiyamızın qələbələr tarixinə qızıl hərflərlə yazılacaq. Bizim seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğluna gəlincə, biz gənclər ona səs verəcəyik”.
Tədbirdə həmçinin Mərcan Şahbuzlu, Ənvər Sadıqov, Sücəddin Abdullayev və başqaları çıxış edərək seçkilərdə ən şanslı namizədin məhz YAP-ın namizədi olduğunu vurğulayıblar.
19 saylı Nərimanov birinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu rayon ağsaqqallarını salamlayıb. Məhz Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
YAP-ın seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd qeyd edib ki, bu, bir növ xalq qarşısında hesabatdır. Onun fikrincə, bu, o deməkdir ki, Azərbaycan öz hədəflərinin, məqsədlərinin bir hissəsinə çatıb. Hikmət Babaoğlu Azərbaycanın qarşıya qoyduğu yeni hədəflərə çatacağına da əminliyini bildirib. Deputatlığa namizəd həmçinin siyasi, elmi fəaliyyəti, nəşr etdirdiyi əsərlər barədə də görüş iştirakçılarına ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42

