YAP Nəsimi rayon təşkilatı parlament seçkilərinə hazırlıq işlərini davam etdirir
22.09.2015 [10:22]
Ölkəmizdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) bütün yerli qurumları kimi, Nəsimi rayon təşkilatı da noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq işlərini intensiv şəkildə davam etdirir. Dünən rayon təşkilatında seçkilərə hazırlıq çərçivəsində partiyanın 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindəki müşahidəçiləri və məşvərətçi səs hüquqlu üzvləri ilə görüş keçirilib.
Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatı özündə 26 mindən artıq partiya üzvünü birləşdirir. Onlardan 12500-nü qadınlar, 13 min nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatında qeydiyyatda olan partiya üzvlərinin hamısı qarşıdan gələn seçkilərlə bağlı böyük fəallıq göstərərək tədbirlərdə yaxından iştirak edirlər. Nəsimi rayonunda Milli Məclisə seçkilərlə bağlı iki tam (21, 22 saylı) və bir qarışıq (23 saylı Nəsimi-Səbail) seçki dairəsi, həmçinin 78 seçki məntəqəsi fəaliyyət göstərir. Hazırda rayon üzrə ümumilikdə 87 mindən artıq seçici qeydiyyatdadır.
Beləliklə, dünən keçirilən görüşdə qeyd olunduğu kimi, 21 saylı Nəsimi 1-ci Seçki Dairəsi rayondakı 1-5-ci mikrorayonları əhatə edir. Bu dairə üzrə 29 məntəqə yaradılıb. Bəhs olunan dairə üzrə bütövlükdə 39 minə yaxın seçici qeydiyyatdadır. Tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı respublikamızın inkişafı və ölkəmizin nüfuzunun daha da artması baxımından qarşıdan gələn seçkilərin mühüm önəm daşıdığını, bu seçkilərin şəffaf, tam demokratik şəraitdə keçməsi üçün partiyamızın müşahidəçilərinin və məşvərətçi səs hüquqlu üzvlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbir iştirakçılarını səmimi fikir mübadiləsinə, açıq dialoqa dəvət edən təşkilat sədri əvvəlki seçkilərdə radikal siyasi qruplaşmalardan olan müşahidəçilərin və məşvərətçilərin neqativ hallara yol verdiklərini xatırladıb. “Əlbəttə, belə qeyri-etik davranışlar, normal seçki prosesinə müdaxilə etmək həmişə öz siyasi mübarizəsini sağlam rəqabət üzərində quran YAP təmsilçilərinə yad olan xüsusiyyətlərdir. Ancaq partiyamızı, Nəsimi rayon təşkilatını təmsil edən müşahidəçilər və məşvərətçi səs hüquqlu üzvlər hər hansı neqativ hala qarşı barışmaz mövqe ortaya qoymalıdırlar. Normal seçki prosesinə bu və ya digər şəkildə müdaxilə qətiyyən yolverilməzdir. Buna görə də seçki günü sizlər sayıqlığınızı ikiqat artırmalısınız, partiyamızın ənənəsinə xas olan tərzdə etik normalar çərçivəsində seçkiləri müşahidə etməlisiniz”, - deyə M.İbrahimqızı vurğulayıb.
M.İbrahimqızı çıxışında həmçinin diqqəti hazırda qlobal miqyasda cərəyan edən proseslərə yönəldib. “Hazırda dünya miqyasında milli mənafedən çıxış edən dövlətlərə təzyiq göstərilməsi halları getdikcə artır və Azərbaycan da bu cəhətdən istisna deyil. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın böyük uğurlara imza atması bizə qarşı bir sıra hallarda müəyyən dairələrdən gələn təzyiq və manipulyasiya cəhdləri ilə müşayiət olunur. Bu kimi hallar da qarşıdan gələn seçkilərdə bizi daha diqqətli olmağa sövq edir”, - deyə M.İbrahimqızı çıxışını yekunlaşdırıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

