YAP Nəsimi rayon təşkilatında Şura iclası keçirilib
18.09.2015 [10:05]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Şura iclasında bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə bağlı məsələlər müzakirə olunub. Tədbirdə YAP Nəsimi rayon təşkilatının Şura üzvləri, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də partiyanın rayon şöbəsi Seçki Qərargahının üzvləri, rayon fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qarşıdan gələn seçkilərə hazırlıqla bağlı təşkilat tərəfindən görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Milli Məclisə seçkilərlə bağlı Nəsimi rayonunda iki tam (21, 22 saylı) və bir qarışıq (23 saylı) seçki dairəsi yaradılıb. Seçicilər 78 məntəqədə səsvermədə iştirak edəcəklər. Bunun üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb. Rayonda 26 mindən artıq YAP üzvünün qeydiyyatda olduğunu xatırladan təşkilat sədri, onlardan 12500-nü qadınların, 13 min nəfərini isə gənclərin təşkil etdiyini bildirib. O, partiya üzvlərinin seçki prosesində aktiv iştirak edəcəyinə inandığını vurğulayıb.
“Nəsimi rayonu paytaxtın mərkəzi rayonlarından biridir. Ona görə də burada həyata keçirilən bütün ictimai, siyasi tədbirlər çox yüksək səviyyədə icra olunmalıdır”, - deyən İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qarşıdan gələn parlament seçkilərinin də rayon ərazisində yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının həmişə öz fəaliyyəti ilə seçildiyini qeyd edən icra başçısı noyabrın 1-də keçiriləcək seçkilərdə də partiya üzvlərinin öz mütəşəkkilliyi ilə rayon sakinlərinə örnək olacağına inandığını bildirib.
“Təbii ki, bəzi qüvvələr var ki, onlar həmişə ölkədə keçirilən seçkilər zamanı pozuculuq fəaliyyətləri ilə məşğul olurlar. Ölkəmizdə keçirilən demokratik seçkilərə qara yaxmağa çalışırlar. Lakin biz öz qüvvələrimizi səfərbər edərək, indidən belə hallara qarşı mübarizə aparmalıyıq. İşimizi elə qurmalıyıq ki, bu, bir saat mexanizmi kimi dəqiq olsun. Rayon ərazisində seçkilər çox yüksək səviyyədə keçirilsin”, - deyə Asif Əsgərov vurğulayıb.
İcra başçısı vəzifəsinə təyin olunduğu gündən rayon ərazisində yerləşən idarə və müəssisə, məktəb, səhiyyə ocaqlarının, hətta dini konfessiyaların rəhbərləri ilə mütəmadi görüşlər keçirdiyini xatırladan Asif Əsgərov rayon sakinlərinin qarşıdan gələn parlament seçkilərinin mahiyyətini yaxşı dərk etdiyini qeyd edib, onların seçkilərdə aktiv iştirak edəcəyinə əmin olduğunu bildirib. Sonra iclasda cari məsələlər müzakirə olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

