/ / YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi fəal və ilk dəfə səs verəcək gənclərlə görüş keçirib
YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi fəal və ilk dəfə səs verəcək gənclərlə görüş keçirib
03.09.2015 [10:10]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar bir qrup fəal və ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə bildirib ki, qarşıdakı parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilin yüksəlişinə diqqət və qayğısını xüsusi vurğulayan E.Məmmədzadə gənclərin də dövlətimizin inkişafında iştirakının mütləq olduğunu deyib.
O, YAP üzvü olan gənclərin bu prosesdə fəallığı ilə seçildiyini də vurğulayıb: “Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edərək gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu siyasət, etimad, gənclərə qarşı diqqət bu gün də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Ulu öndərin gənclər siyasətinə olan sadiqliyi verdiyi mühüm qərarları ilə hər zaman təsdiqini tapır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu diqqətin nəticəsidir”.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədr müavinləri Səma Əsədova, Günel Qiyasova, Elvin Dadaşov Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar. Bildirilib ki, hər bir seçki prosesi gənclər üçün böyük təcrübə rolunu oynayır.
Çıxış edən ilk dəfə səs verəcək Nazlı Mustafayeva və Saday Əsədov gənclərə qarşı xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclər bu seçki prosesində fəallıq göstərərək məntəqələrə gedib səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

