YAP Xızı rayon təşkilatında parlament seçkilərinə hazırlıq işlərinə uğurla start verilib
28.08.2015 [10:03]
Rayon təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və geniş tədbirlər planı hazırlanıb
Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq öz işlərini uğurla davam etdirirlər. YAP-ın şəhər və rayon təşkilatlarında seçki qərargahları yaradılıb və iş bölgüsü müəyyənləşdirilib. YAP-ın Xızı rayon təşkilatının Seçki Qərargahı da artıq ilk iclasını keçirib. Bu haqda qəzetimizə açıqlama verən qərargahın sədri Fərrux Haqverdiyev noyabr ayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Xızı rayon təşkilatında hazırlıq işlərinə başlanıldığını bildirib. Onun sözlərinə görə, YAP Xızı rayon təşkilatının Seçki Qərargahı yaradılıb və qərargah 9 nəfərdən ibarət olmaqla zəruri texniki vasitələr və inventarla tam təmin edilib: “YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır. Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Bu baxımdan rayonumuzda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Qərargah üzvləri arasında artıq iş bölgüsü aparılıb, eyni zamanda, görüləcək işlər də müəyyənləşdirilib”.
Fərrux Haqverdiyev, həmçinin, vurğulayıb ki, Seçki Qərargahının tərkibinə Xızı rayonunda kifayət qədər nüfuzu olan, fəaliyyət göstərdikləri sahələrdə etimadı doğrultmuş rayon ziyalıları və ötən illərdə seçki sahəsində təcrübə toplamış insanlar, partiya fəalları daxildir: “Seçki Qərargahının üzvləri arasında vəzifə bölgüləri aparılıb və sonrakı fəaliyyətləri ilə bağlı geniş tədbirlər planı hazırlanıb. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyənləşdirilib, onlar arasında konkret iş bölgüsü aparılıb. Bundan başqa, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulur”.
YAP Xızı rayon təşkilatının 1848 üzvü olduğunu deyən Fərrux Haqverdiyev əlavə edib ki, bunlardan 842 nəfəri qadın, 897 nəfəri isə gənclərdir. Xızı rayonu üzrə 1 iyul 2015-ci il tarixinə seçicilərin sayının 7961 nəfər olduğunu qeyd edən Fərrux Haqverdiyevin sözlərinə görə, hazırda qərargahda seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin siyahısının dəqiqləşdirilməsi, onların ünvanı və telefon nömrəsinin müəyyənləşdirilməsi, seçicilər arasında nüfuzlu şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşdırılır.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

