YAP Siyəzən rayon təşkilatı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmindədir
22.08.2015 [11:00]
Rayon təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü aparılıb
“Məlum olduğu kimi, noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi, bu seçkilərə də yüksək səviyyədə hazırlaşır. Öz növbəsində YAP Siyəzən rayon təşkilatı da bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmindədir”. Bunu qəzetimizə YAP Siyəzən rayon təşkilatının sədri və bu təşkilatın Seçki Qərargahının rəhbəri Etibar Heydərov deyib. Onun sözlərinə görə, YAP Siyəzən rayon təşkilatının Seçki Qərargahı 13 nəfər üzvdən ibarətdir. “Artıq qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Qərargahın işi YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təsdiq olunmuş Fəaliyyət Proqramına əsasən qurulub. Onu da deyim ki, Siyəzən rayonu 54 saylı Şabran-Siyəzən seçki dairəsində yerləşir. Rayonda 24 seçki məntəqəsi fəaliyyət göstərir ki, bunlardan da 10-u şəhərdə, 14-ü isə qəsəbə və kəndlərdədir. Siyəzən rayonu üzrə seçicilərin ümumi sayı 20745 nəfərdir”.
Seçki kampaniyasına hazırlıq məqsədilə rayon təşkilatı Seçki Qərargahının nəzdində 5 nəfərdən ibarət təbliğat qrupu və məntəqələr üzrə seçicilərlə işin təşkili üçün 40 nəfər fəalın seçildiyini də deyən Etibar Heydərov artıq fəallarla ilkin görüşün keçirildiyini və onlara bir sıra tövsiyələrin verildiyini bildirib: “YAP Siyəzən rayon təşkilatı tərəfindən hər seçki məntəqəsi üçün müəyyən edilən 10 nəfər müşahidəçi və 1 nəfər məşvərətçi səs hüquqlu üzvlərin siyahıları hazırdır. Artıq Qərargahda seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin siyahısının dəqiqləşdirilməsi, onların ünvanı və telefon nömrələrinin müəyyənləşdirilməsi və s. istiqamətdə işlər yekunlaşmaq üzrədir”.
Öz növbəsində, Seçki Qərargahının gənc üzvü Ehtiram Heydərli ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir prosesdə iştirak etdikləri üçün qürur hissi keçirdiyini söyləyib. O, noyabr ayında baş tutacaq parlament seckilərində də gənclərin fəal iştirak edəcəyini bildirib: “Qərargah üzvləri olaraq seçki prosesinə fəal şəkildə hazırlaşırıq. Sevindirici və qürur verici haldır ki, bütün secgilərdə olduğu kimi bu seckilərdə də biz gənclər yaxından iştirak etmək, həmçinin, bu prosesə öz töhfəmizi vermək imkanı əldə etmişik. Bu, bir daha dövlətimizin biz gənclərə göstərdiyi etimadın nəticəsidir”.
Secki Qərargahının daha bir gənc üzvü Qərənfil Nəsibova isə deyib ki, gənclər bu seçkilərdə də xüsusi fəallıq nümayiş etdirəcəklər: “Hazırda rayonumuzda qarşıdan gələn parlament seskiləri ilə bağlı hazırlıq işlərinə start verilib. Biz gənclər də bu işlərdə yaxından iştirak edirik. Təbii ki, bu da bizi qürurlandırır”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

