Nərimanov rayonunda atıcılıq turniri başa çatıb
09.05.2015 [12:41]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Nərimanov rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında atıcılıq üzrə turnirin bağlanış mərasimi keçirilib. Nərimanov rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan turnirin bağlanış mərasimində YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Ulu öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sürətli inkişafın getdiyi hər bir sahə kimi idman sahəsi də bu gün özünün ən uca zirvəsində yer alır: “Bütün bu inkişafa, diqqətə və uğurlara görə hər zaman Ulu öndər Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olacağıq”.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Daha sonra turnirin qalibləri elan edilib. Belə ki, turnirdə birinci yerin qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, ikinci yerin sahibi “Odlar Yurdu” Universiteti və üçüncü yerin sahibi isə Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti olub. Hər 3 yerin sahibləri kubok, medal, diplom və mükafatlara layiq görülüblər.
Qeyd edək ki, turnirdə 8 ali təhsil müəssisəsinin - Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “Təfəkkür” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, “Odlar Yurdu” Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandası iştirak edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

