YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
05.03.2015 [09:52]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov partiyamızın cəmiyyət həyatındakı rolundan geniş bəhs edib. C.Yusubov bildirib ki, YAP Mingəçevir şəhər təşkilatının sıralarında 6734 nəfər birləşib. Onların da 2786 nəfərini gənclər təşkil edir. Şəhər təşkilatının 56 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: “1993-cü ilin 13 fevralında yaradılmış YAP Mingəçevir şəhər təşkilatı böyük inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb”.
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev isə III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Sonra hesabat ətrafında çıxışlar olub. YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin üzvləri Lamiyə İbrahimova, Emin Paşayev və Elxan Cəfərov çıxış edərək, III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Konfransda YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanaov çıxış edərək partiyanın genişmiqyaslı fəaliyyətindən, həyata keçirilən uğurlu layihələrdən söz açıblar. Natiqlər YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətini də qənaətbəxş hesab edərək qarşıda daha böyük işlər görüləcəyinə inandıqlarını qeyd ediblər. Eyni zamanda, konfransda yeni seçilən heyətə uğurlar arzulayıblar.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin şura üzvləri, idarə heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.
Bəxtiyar Mustafayev yenidən YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri, Ülviyyə Hüseynova və Eldar Dərişov isə sədr müavinləri seçiliblər.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

