Sumqayıt seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır
09.12.2014 [09:54]
Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev partiyanın ölkənin siyasi taleyində həlledici rol oynamaq qüdrətinə malik siyasi qüvvə olduğunu söyləyib.
Müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurlar əldə etdiyini bildirən natiq qarşıdan gələn bələdiyyə seçkilərində də qələbə əldə olunacağına əminliyini ifadə edib: “Bələdiyyələrin formalaşmasında, onun inkişafında YAP-ın rolu olduqca böyükdür. Son illərdə şəhərimizin abadlaşdırılmasında da Sumqayıt bələdiyyəsinin rolu var. Biz insanlarla tez-tez ünsiyyətdə oluruq, onların fikirlərini öyrənirik. Mən əminəm ki, seçicilərimiz görülən işlərin davamlı olmasını istəyir və bunun üçün də dekabrın 23-də məntəqələrə gəlib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
A.İmaməliyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanı bütün sahələrdə inkişafa istiqamətləndirib: “Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev inkişafın yeni modelini tətbiq edir. Bütün dünya Azərbaycanın inkişaf dinamikasını nümunə göstərir. Ölkəmizdə bütün sahələr inkişaf etməkdədir. Xalqımız müasir dünyanın tələblərinə əsasən yaşayış səviyyəsi qurur. Bu inkişaf modelində bələdiyyələrin də rolu günü-gündən artır. İnsanlarımız bələdiyyə seçkilərinə daha artıq maraq göstərir. Seçilən struktur yerli özünüidarəetmə strukturudur. Bu baxımdan mən əminəm ki, Sumqayıt seçiciləri dekabrın 23-də maksimum aktivlik nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Daha sonra tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

