Xızıda bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
09.12.2014 [09:39]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş şəxslərlə və partiya fəalları ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Tahir Süleymanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Prezident İlham Əliyevin yürütdüyü milli maraqlarımıza xidmət göstərən siyasətin ölkəmizi regionun aparıcı dövlətinə çevirdiyini qeyd edib. Onun sözlərinə görə, bu inkişafdan Xızı rayonuna da pay düşüb.
Çıxış edən millət vəkili Tahir Süleymanov bələdiyyələrin yaranma tarixindən, formalaşmasından bəhs edib. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan bələdiyyələr institutu təsis edilib: “Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsində bələdiyyələrin formalaşması və hüquqları müəyyən olunur. Göstərilir ki, yerli özünüidarəni həyata keçirən bələdiyyə seçkilər əsasında formalaşır. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Dekabrın 23-də biz növbəti dəfə bələdiyyə seçkilərində iştirak edəcəyik. Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən xızılılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Daha sonra tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev son illərdə ölkəmizdə qazanılan uğurlardan danışıb. Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası qüdrətli, siyasi arenada özünəməxsus yer tutan ümumxalq partiyasıdır. Bir daha vurğulanıb ki, bütün seçkilərdə olduğu kimi, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.
Tədbirdə Xızı rayonunun seçicilərinin YAP-ın namizədlərini dəstəkləyəcəyi ifadə olunub.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

