Şirvanda Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
06.12.2014 [12:49]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının Seçki Qərargahı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş şəxslərlə və partiya fəalları ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, millət vəkili Rüstəm Xəlilov və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bələdiyyələrin yaranmasının təbii hüquqa və insan azadlığı prinsipinə əsaslandığını bildirib. Ə.İbrahimov Prezident İlham Əliyevin yürütdüyü milli maraqlarımıza xidmət göstərən siyasətin ölkəmizi regionun aparıcı dövlətinə çevirdiyini qeyd edib. Onun sözlərinə görə, bu inkişafdan Şirvan şəhərinə də böyük pay düşüb.
Çıxış edən millət vəkili Arif Rəhimzadə bələdiyyələrin yaranma tarixindən, formalaşmasından bəhs edib. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat - yerli özünüidarə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib: “Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsində bələdiyyələrin formalaşması və hüquqları müəyyən olunur. Göstərilir ki, yerli özünüidarəni həyata keçirən bələdiyyə seçkilər əsasında formalaşır. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Dekabrın 23-də biz növbəti dəfə bələdiyyə seçkilərində iştirak edəcəyik. Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Şirvan seçiciləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Çıxış edən millət vəkili Rüstəm Xəlilov da bildirib ki, atılan addımlar, görülən tədbirlər vətəndaşlarımızın rifah halının inkişafına xidmət göstərir. Millət vəkili bildirib ki, bütün sahələrin paralel inkişaf etdirilməsi sayəsində ölkəmiz mühüm nailiyyətlər əldə edib. R.Xəlilov ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən son illərdə əldə etdiyi uğurlardan bəhs edib.
Daha sonra namizədləri maraqlandıran suallar cavablandırılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

