Qaradağda YAP namizədləri seçicilərlə növbəti görüş keçiriblər
05.12.2014 [10:00]
Görüşdə bir daha bəyan olunub ki, bu seçkilərdə də YAP-ın namizədləri möhtəşəm qələbə qazanacaq
Dünən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsində seçicilərlə görüş keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. O deyib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun fikrincə, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Həmçinin, partiyamızın xalqın maraqlarına cavab verən, dövlətimizin inkişafına xidmət edən fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu isə hər seçkinin nəticəsində öz məntiqi ifadəsini tapır. A.Hüseynov daha sonra ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışaraq deyib ki, bu inkişaf proseslərində bələdiyyələrin də rolu var. Ona görə də, xalqımız dövlətimizin daha da inkişafı naminə YAP-ın namizədlərinə səs verməlidirlər. A.Hüseynov bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. O, vurğulayıb ki, məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir: “Bələdiyyə seçkilərində də qaradağlıların, o cümlədən, Sahil qəsəbəsinin sakinlərinin YAP-ın namizədlərinə səs verəcəyinə şübhə etmirik. İnanırıq ki, partiyamızın namizədləri də dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələcəklər”.
Tədbirdə çıxış edən YAP tərəfindən irəli sürülən namizədlər - Elçin Quliyev, Məlahət Nağıyeva, Fərid Əliyev, Elvin Əsgərov, Elmira Əliyeva və digərləri onlara göstərilən etimadı doğruldacaqlarını, bələdiyyələrə seçiləcəkləri təqdirdə partiyamızın məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün çalışacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38

