YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı çevik fəaliyyət göstərir
31.10.2014 [10:04]
Nərimanov bələdiyyəsinə namizədlik məsələsində gənclərə və qadınlara üstünlük verilib
Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə rəsmi şəkildə start verilib.
Eyni zamanda, indiyə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır. Qərargahın rəhbəri, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, təşkilatın böyük seçki təcrübəsi var. Hazırda YAP Nərimanov rayon təşkilatının 133 ilk ərazi partiya təşkilatından ibarət olduğunu deyən T.Tağıyevin sözlərinə görə, burada 20 min 84 nəfər birləşib. Onların da 8 min 582 nəfəri qadın, 7 min 165-i isə gənclərdir. Seçki Qərargahının 12 nəfərdən ibarət olduğunu deyən sədr bildirib ki, onlar mütəmadi olaraq toplaşırlar. Bu toplantılarda hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir.
Seçki Qərargahının işi ilə tanışlıq zamanı, həqiqətən də, ciddi, operativ fəaliyyətin şahidi olduq. Bu məqamda qeyd edək ki, Nərimanov rayonu üzrə 3 seçki dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə 16 məntəqədə 20 min 580 seçici, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 35 məntəqədə 45 min 342 seçici, 20 saylı Nərimanov ikinci seçki dairəsində isə 33 məntəqədə 44 min 210 seçici qeydiyyatdadır.
Artıq Nərimanov bələdiyyəsinə YAP-ın namizədləri də müəyyənləşib. Seçki Qərargahından verilən məlumata görə, Nərimanov rayon bələdiyyəsi 19 üzvdən ibarətdir. Bu səbəbdən də YAP tərəfindən bələdiyyəyə 19 nəfərin namizədliyi irəli sürülüb. Diqqətçəkən odur ki, namizədlər arasında gənclər və qadınlara üstünlük verilib. Belə ki, namizədlərin 11 nəfəri gənc, 6-sı isə qadındır.
T.Tağıyevin bildirdiyinə görə, artıq namizədlərin sənədləri hazırlanaraq müvafiq seçki komissiyasına təqdim olunmaqdadır. Komissiya onların namizədliyini təsdiq etdikdən sonra isə namizədlərin imzatoplama kampaniyası başlayacaq. Seçki Qərargahı tərəfindən bu məqsədlə 20 nəfər müəyyənləşib. Həmin 20 nəfər isə rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır.
Yeri gəlmişkən, dünən YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərarhının növbəti toplantısı da keçirilib. Toplantıda qərarahın rəhbəri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı və digərləri çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar qarşıda görüləcək işlər barədə fiikrlərini bildiriblər.
Beləliklə, göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27

