YAP Masallı rayon təşkilatında gənclərlə görüş keçirilib
09.09.2014 [09:31]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında gənclərlə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev açaraq gənclərin cəmiyyətdəki rolundan, rayonun ictimai-siyasi, mədəni həyatında, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlardan danışıb. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edən natiq Gənclər və İdman Nazirliyinin yaradılmasını, dövlət gənclər siyasəti konsepsiyasının qəbul edilməsini gəncliyə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bunun sayəsində Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında fəallığı ilə seçilir və dövlətə, dövlətçiliyə sadiqdir. Öz növbəsində YAP Gənclər Birliyinin də məqsədi dövlətini, xalqını sevən, ona sadiq olan gəncləri bir araya gətirərək, onların sosial-iqtisadi, elmi-mədəni sahələrdə inkişafını təmin etməkdir.
Seyfəddin Əliyev qeyd edib ki, bu ilin dekabr ayında ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bildirilib ki, 1999-cu ildən, yəni ilk bələdiyyə seçkiləri keçirildiyi dövrdən ötən zaman ərzində bələdiyyələrlə bağlı hüquqi baza əhəmiyyətli şəkildə təkmilləşdirilib, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilib və uğurla icra olunur: “Ötən müddət ərzində keçirilmiş üç bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanıb, gənclərin və qadınların özünüidarəetmə qurumlarında təmsilçiliyinə diqqət artırılıb. Bütün seçkilərdə olduğu kimi, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gələcək”.
Sonra Sübhan Şiriyev, Sarxan Əhmədov, Nemət Abdullayev, Həmid Mənsimov, Kamran Cəlilli və başqaları çıxış edərək, qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsinə inamlarını ifadə ediblər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41

