Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
24.07.2014 [10:00]
Oğuz rayonunda YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu davam edir
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu öz işini davam etdirir. İyulun 23-də ənənəvi olaraq seminar-diskussiya keçirilib, “Yay məktəbi”nin iştirakçıları arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
“Beynəlxalq münasibətlərdə qərar qəbulu, güc və “oyun nəzəriyyələri” mövzusunda keçirilən seminarda çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, Oğuz III tur qrupunun rəhbəri Təranə Kərimova bildirib ki, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın müstəqillik əldə etdikdən sonra üzləşdiyi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi, eləcə də dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx bağlı olub: “Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan Azərbaycan Respublikasının xarici siyasətində ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi.
Həmin dövrdə ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etdi. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi”.
Qrup rəhbəri əlavə edib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası ölkəmizin milli maraqlarına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir: “Bu istiqamətdə gənclərin üzərinə də çox böyük məsuliyyət düşür. Gənclər öz sahələrində ciddi-cəhdlə çalışmalı, ixtisaslı kadr kimi səmərəli fəaliyyət göstərməklə milli maraqlara xidmət etməlidirlər”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Əzəli Yurdum Qarabağ” layihəsinin müəllifi Əli Qənbərli bildirib ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir: “Ümumiyyətlə, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həm də regional təhlükəsizliyə töhfə verir. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz”.
Onun sözlərinə görə, Azərbaycan hər zaman dünyada baş verən proseslərdə aktivlik göstərir: “Ötən il ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlüyünü uğurla başa vurdu. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edildi və səmərəli müzakirələr qeydə alındı. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir”.
Daha sonra mövzu ilə bağlı diskussiya aparılıb, gənclər öz fikirlərini bildiriblər. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

