YAP Gənclər Birliyinin “Yay məktəbi” Lerikdə
08.07.2014 [10:25]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc Liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinə start verilib. Hər il olduğu kimi, bu il də “Yay məktəbi” ölkəmizin gözəl guşələrində təşkil olunur. İyulun 6-dan 11-dək davam edəcək layihə çərçivəsində 100-ə yaxın fəal gənc Lerik rayonunda olacaq.
İyulun 6-da “Yay məktəbi”nin açılışı olub. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin rəhbərlik etdiyi qrup öncə rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Eyni zamanda, layihə iştirakçıları Heydər Əliyev Mərkəzində də olublar.
Sonra rayon ərazisində yerləşən “Relax” istirahət mərkəzində “Gənc Liderlər” Gənc Siyasətçilər üçün “Yay məktəbi” layihəsinin açılış mərasimində çıxış edən qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasındakı rolundan geniş bəhs edib. Bildirib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkilini təmin etməkdir.
V.Rəhimzadə qeyd edib ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası, Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.
Açılış mərasimində çıxış edən YAP İcra katibliyinin baş təlimatçısı Rəfail Gülməmmədov və YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova layihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat veriblər. L.Kərimova, eyni zamanda, layihə çərçivəsində gənclərin istirahətini nəzərdə tutan intellektual oyunların, yarışların da proqrama daxil edildiyini bildirib.
“Yay məktəbi”nin ikinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc Liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi çərçivəsində “Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu” mövzusunda seminar keçirilib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza biri-birindən əhəmiyyətli uğurlar qazandırır.
V.Rəhimzadə bildirib ki, gənclərə diqqət və qayğı Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin gələcəyi üçün zəruri olan bütün addımların atılması öz əksini tapıb. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər Fondu yaradılıb. Bütün bunlar onu təsdiqləyir ki, gənclərə diqqət və qayğı davamlıdır.
V.Rəhimzadə bildirib ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək, öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfələrini verməlidirlər.
Seminarda gənclərdən Vüsal Əliyev, Aysel Məmmədova, Xətai Abdullayev, Şahnaz Hacıyeva, Lütfiyyə Mustafayeva, Ramin Həsənov, Elvin Dadaşov, Vəfa Ələkbərova, Vüsal Rzayev və başqaları çıxış edərək, Ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndiriblər.
Diskussiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar da cavablandırılıb. Sonra gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59

