/ / YAP Nərimanov rayon təşkilatında talassemiyalı uşaqlara yardım məqsədilə “Yaşayaq və Yaşadaq” adlı qanvermə aksiyası keçirilib
YAP Nərimanov rayon təşkilatında talassemiyalı uşaqlara yardım məqsədilə “Yaşayaq və Yaşadaq” adlı qanvermə aksiyası keçirilib
07.05.2014 [09:59]
Dünən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə talassemiyalı uşaqlara yardım məqsədilə “Yaşayaq və Yaşadaq” adlı qanvermə aksiyası keçirilib. Aksiya YAP Nərimanov rayon təşkilatının qərargahında təşkil edilib.
Qanvermə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak ediblər. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi- Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası aksiya iştirakçılarını müayinə edərək qan alınmasını təmin ediblər.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev belə bir aksiyanın keçirilməsinin artıq ənənə halı aldığını bildirib. Onun sözlərinə görə, rayon təşkilatı hər il qanvermə aksiyası keçirir: “İndiki aksiyada 600 nəfərdən çox insan iştirak edir. Onlar könüllü olaraq bizim çağırışımıza səs veriblər. Bu, onu göstərir ki, talassemiyalı uşaqlara kömək etmək çox humanist və xeyirxah addımdır. Bilirsiniz ki, respublikanın Talassemiya Mərkəzi Nərimanov rayonunda yerləşir. Burada toplanan qan həmin mərkəzə veriləcək ki, bu xəstəlikdən əziyyət çəkən uşaqlara dəstək olsun. Bu tədbirlər davamlı olacaq. Fikrimcə, bu aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən, uşaqlara böyük yardım edəcək”.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov rayonunda silsilə tədbirlər keçirildiyini deyən T.Tağıyevin sözlərinə görə, bu aksiya həmin tədbirlərin tərkib hissəsidir.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova da deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara qan yardımı etməkdən ibarətdir: “Bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir”.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə bu aksiyada gənclərin fəallığını xüsusi vurğulayıb: “Mən öncə humanitar aksiyanın təşkilatçılarına təşəkkür edirəm ki, belə bir xeyirxah tədbir təşkil ediblər. Ümumiyyətlə, bu cür tədbirlər partiyamız, eləcə də, rayonumuz tərəfindən mütəmadi olaraq həyata keçirilir və gördüyünüz kimi bu xeyirxah aksiyaya qoşulan gənclərimizin sayı da ötən dəfəkindən daha da çoxdur. İştirakçıların təxminən yarısı gənclərdən ibarətdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

