YAP Qax rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib
02.05.2014 [08:53]
Aprelin 30-da Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Şəkər Abdullayeva rəhbərlik etdiyi qurumun ötən dövr ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, YAP Qax rayon təşkilatı Qadınlar Şurası ötən dövr ərzində sıralarını artırıb və təşkilatın üzvü olan 3872 nəfər partiya üzvüləri arasında qadınların sayı 2063 nəfərə çatıb: “Qadınlarımız ötən dövr ərzində ölkəmizin inkişafı ilə bağlı bütün proseslərdə öz fəallıqları ilə seçiliblər. Öz növbəsində, YAP Qax rayon təşkilatı Qadınlar Şurasının üzvləri hər zaman fəallıq nümayiş etdirib, rayonun abadlıq işlərində yaxından iştirak ediblər”.
Tədbirdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov Ulu öndər Heydər Əliyevin fəaliyyəti, həmçinin, Onun qadınlarımıza xüsusi diqqət və qayğısı haqqında geniş nitq söyləyib. Natiq Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hazırda qadınların bütün sahələrdə irəli çəkildiyini deyib: “Bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb”.
Daha sonra çıxış edən fəal qadınlardan V.Heydərova, C.Lətifova, D.Əhmədova və başqaları hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Natiqlər onu da bildiriblər ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda Azərbaycanı uğurla təmsil edirlər. Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb, Sevil Əsgərova YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri seçilib. Bundan başqa, Sevil Əsgərova və Vəfa Heydərova Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika Konfransına nümayəndə seçiliblər.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13

