Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağdaş rayon təşkilatının VIII Qurultayın nəticələrinə həsr olunan görüşləri davam edir

YAP Ağdaş rayon təşkilatının VIII Qurultayın nəticələrinə həsr olunan görüşləri davam edir

20.10.2026 [11:02]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında əldə olunan nəticələrin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin müzakirəsi məqsədilə YAP Ağdaş rayon təşkilatının keçirdiyi silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti görüş  Ləki qəsəbə ərazi partiya təşkilatında təşkil olunub. Görüşdə Ləki qəsəbə, Güvəkənd və Binələr kəndlərini təmsil edən partiya fəalları iştirak ediblər.

Görüşün əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Ləki qəsəbə ərazi partiya təşkilatının sədri Hüseyn Mənsimov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də yeni mərhələnin əsas prioritetlərinin formalaşdırılması baxımından mühüm rol oynayır.

Daha sonra YAP Ağdaş rayon təşkilatının əməkdaşları Anar Şahmuradov və Emil Əzizov çıxış edərək partiyanın Sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər, qarşıya qoyduğu vəzifələr və strateji məqsədlər barədə məlumat veriblər. Natiqlər dövlət başçısının çıxışında diqqətə çatdırılan əsas məqamları şərh edərək partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd ediblər.

Bildirilib ki, ideoloji işin müasir çağırışlar nəzərə alınmaqla, yenilənmiş yanaşmalar əsasında qurulması, xüsusilə də yerli partiya təşkilatlarının fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın davamlı tərəqqisi şəraitində milli birliyin və həmrəyliyin gücləndirilməsi, sağlam ideoloji mühitin yaradılması, dövlətçilik prinsiplərinin geniş təbliği əsas prioritet istiqamətlər sırasındadır.

Görüşdə söz alan ərazi partiya sədrləri və partiya fəallarından Nizami Nuhov, Elsevər Hacıyev və Sevinc Muradova qurultayın nəticələri ilə bağlı düşüncələrini bölüşüblər. Çıxış edənlər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu dəstəklədiklərini bildirərək, partiyanın müasir ideoloji xəttinin Ağdaş rayonunda həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da əzmlə davam etdirəcəklərini vurğulayıblar.

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31