Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

16.10.2026 [15:57]

18 Oktyabr–Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşları, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilat, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək bildirib ki, Azərbaycanın müasir dövlətçilik tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etməliyik. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizdə siyasi sabitliyin təmin edilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və milli dövlətçiliyimizin qorunması istiqamətində mühüm addımlar atdı. Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin əsasını müstəqil Azərbaycanın qorunması, milli maraqların üstün tutulması və xalqın rifahının yüksəldilməsi təşkil edirdi. Onun rəhbərliyi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsində mühüm mərhələ oldu. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə, iqtisadi inkişafın əsaslarının yaradılmasına və dövlət institutlarının möhkəmlənməsinə mühüm töhfə verdi. Bu gün həmin irsi xatırlayarkən milli maraqlara sədaqət, dövlətə məsuliyyətli münasibət və milli birlik kimi prinsiplərin əhəmiyyətini bir daha vurğulayırıq.

Sonra Rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev tədbir iştirakçılarını 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edərək, çıxış edib. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının tarixində mühüm hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və suverenliyimizin tam təmin olunması ölkəmizin tarixində yeni mərhələ açıb.

Rayon mərkəzi xəstəxanasının şöbə müdiri Nuranə Hüseynova,“Tərtər Gənclər Evi” Sosial Xidmət müəssisəsinin dərnək rəhbəri Rəvanə Babayeva, rayon icra hakimiyyətində könüllü Şahnaz Tanırverdiyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə 2023-cü ilin sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejiminin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır.

Tədbirdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının, dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində məsuliyyətinin vacibliyi də diqqətə çatdırılıb.

Sonda Dövlət Müstəqilliyinin Bərpası Gününün xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçilik əzmini təcəssüm etdirdiyi vurğulanıb.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31