Azərbaycan reallıqları və müasir ideoloji işlər
07.10.2026 [12:22]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində baş verən mühüm hadisədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultayda səsləndirdiyi nitq ölkəmizin keçdiyi tarixi yolun mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, Azərbaycanın bugünkü reallıqlarının hansı siyasi və dövlətçilik proseslərinin nəticəsi olduğunu aydın şəkildə ortaya qoydu. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev öz çıxışında qarşıdakı dövr üçün mühüm vəzifələri müəyyənləşdirdi.
Cənab Prezidentin çıxışında xüsusi vurğuladığı məsələlərdən biri ideoloji təhlükəsizlikdir. Prezident qeyd etdi: “müasir dünyada ideoloji təxribatların sərhədi yoxdur. İnternet, sosial şəbəkələr, kiber məkan və süni intellekt yeni imkanlarla yanaşı, yeni təhlükələr də yaradır. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına.”
Bəli, bu gün dövlət sərhədlərimizi necə qoruyuruqsa, informasiya və ideoloji məkanımızı da eyni məsuliyyətlə qorumalıyıq.
Cənab Prezident bunun yolunu da aydın göstərdi: “İlk növbədə, əlbəttə ki, təhsil.”
Təhsil yalnız bilik vermək deyil. Təhsil həm də düşünən, araşdıran, məlumatı təhlil edən, doğru ilə yanlışı ayırd edən və öz milli kimliyini dərk edən vətəndaş yetişdirməkdir.
Burada ikinci mühüm istiqamət vətənpərvərlikdir. Cənab Prezidentin qeyd etdiyi kimi, xalqımızın qazandığı Zəfər, göstərdiyi cəsarət və iradə ideoloji təxribatlara qarşı ciddi dayaqdır. Biz gənc nəslə Azərbaycanın keçdiyi mürəkkəb yolu, dövlət müstəqilliyimizin əhəmiyyətini, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında əldə etdiyimiz tarixi nəticələri düzgün çatdırmalıyıq.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən başqa bir məsələ də ideoloji işin yeni formada qurulmasıdır. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır.
Cənab Prezident açıq şəkildə bildirdi ki, artıq şablonlardan və formal xarakter daşıyan tədbirlərdən əl çəkməyin vaxtıdır. Yeni, müasir ideoloji iş aparılmalıdır. Bu, bizim üçün mühüm mesajdır. Bu gün gənclərlə yalnız ənənəvi üsullarla danışmaq kifayət etmir. Onların olduğu informasiya məkanında olmaq, sosial şəbəkələrdə, rəqəmsal platformalarda Azərbaycan həqiqətlərini müasir və inandırıcı formada çatdırmaq lazımdır. Xüsusilə Azərbaycan dilində informasiya məkanına diqqət yetirməliyik.
Cənab Prezident qeyd etdi ki, müxtəlif ölkələrdə Azərbaycan dilində resursların yaradılması heç də həmişə xoş niyyət daşımır. Belə resursların müəyyən hissəsinin məqsədi Azərbaycan cəmiyyətini çaşdırmaq, gənclərin düşüncəsinə təsir etmək, milli birliyimizi sarsıtmaq və ölkəmizi müstəqil siyasətindən döndərmək ola bilər.
Bu məsələdə bizim cavabımız yalnız təkzib vermək olmamalıdır. Biz öz informasiya məkanımızı gücləndirməliyik.
Azərbaycan dilində daha çox keyfiyyətli, peşəkar və faktlara əsaslanan məzmun yaradılmalıdır. Tariximiz, dövlətçiliyimiz, mədəniyyətimiz, elmimiz, təhsilimiz və Azərbaycanın bugünkü reallıqları barədə həqiqətlər gənclərə məhz onların istifadə etdiyi müasir platformalarda çatdırılmalıdır. Burada Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə də mühüm məsuliyyət düşür. Partiya fəalları yalnız tədbirlərdə iştirak edən insanlar deyil, həm də Azərbaycan həqiqətlərinin cəmiyyətə çatdırılmasında fəal iştirak edən vətəndaşlar olmalıdırlar.
Biz hər bir informasiyaya emosional deyil, savadlı və məsuliyyətli yanaşmalıyıq. Mənbəni yoxlamalı, yalanı faktdan ayırmalı, təxribat xarakterli məlumatlara qarşı hüquqi və intellektual müstəvidə mübarizə aparmalıyıq.
Cənab Prezidentin VIII Qurultayda səsləndirdiyi tezislərdən çıxan əsas vəzifələr bunlardır: Təhsil–ideoloji təhlükəsizliyin əsas dayağıdır. Vətənpərvərlik –milli birliyimizin mühüm təminatıdır. Azərbaycan dili–informasiya məkanımızın əsas vasitəsidir. Müasir ideoloji iş–yeni dövrün tələbidir. İnformasiya savadlılığı-gənclərimizin müdafiə mexanizmidir.
Əminəm ki, YAP üzvləri və fəalları, YAP üzvü olan təhsil işçiləri qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcək, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunmasına və Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına öz töhfələrini verəcəklər.
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxGündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07

