Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni iqtisadi imkanlar açır
24.09.2026 [10:59]
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin malik olduğu təbii ehtiyatlardan səmərəli istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində son illərdə ölkəmizdə sənayeləşmə prosesi yeni mərhələyə qədəm qoyub, müxtəlif sahələr üzrə müasir istehsal müəssisələrinin yaradılması və yeni iş yerlərinin açılması təmin edilib. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması Azərbaycanın iqtisadi potensialının daha geniş miqyasda reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı bu sahənin qarşıdakı illərdə ölkənin iqtisadi inkişaf gündəliyində mühüm yer tutacağını göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, proqramın cəmi dörd il ərzində icrası nəzərdə tutulur. Eyni zamanda, yeni proqram regionların sosial-iqtisadi inkişafı ilə bağlı gündəliyi də özündə əks etdirir.
Dövlət Proqramının əsas mahiyyətini yalnız filiz yataqlarının istismarı ilə məhdudlaşdırmaq düzgün olmaz. Burada məqsəd mövcud resursların müasir texnologiyalar əsasında işlənməsi, xammalın emal olunması və əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılmasıdır. Belə yanaşma Azərbaycanın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə yanaşı, ölkənin sənaye potensialının genişləndirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına və iqtisadiyyatın qeyri-neft sektorunun möhkəmləndirilməsinə imkan verəcək.
Prezident İlham Əliyev çıxışında bu sahənin maliyyə baxımından böyük investisiyalar tələb etdiyini, lakin eyni zamanda Azərbaycanda yeni və müasir sənaye istiqaməti yaradacağını vurğulayıb. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması isə layihənin yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyətini nümayiş etdirir.
Dağ-mədən sənayesinin inkişafı xüsusilə regionların iqtisadi fəallığının artırılması baxımından mühüm perspektivlər yaradır. Yeni müəssisələrin, emal və istehsal sahələrinin fəaliyyətə başlaması regionlarda məşğulluğun genişlənməsinə, infrastrukturun inkişafına, sahibkarlıq mühitinin canlanmasına və yerli iqtisadi imkanların daha səmərəli reallaşdırılmasına şərait yaradacaq. Beləliklə, təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunması həm sənaye istehsalının həcmini artıracaq, həm də regionların davamlı inkişafına yeni impuls verəcək.
Bu istiqamətdə qarşıya qoyulan mühüm hədəflərdən biri də istehsal zəncirinin tam formalaşdırılmasıdır. Filizin hasilatından başlayaraq onun emalına, metallurgiya məhsullarının istehsalına və son nəticədə yüksək əlavə dəyər yaradan məhsulların əldə edilməsinə qədər bütün mərhələlərin ölkə daxilində inkişaf etdirilməsi Azərbaycanın sənaye imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bu isə iqtisadiyyatın daha dayanıqlı və çoxşaxəli strukturunun formalaşmasına xidmət edir.
Azərbaycanın iqtisadi inkişafında enerji sektorunun xüsusi çəkisi və ölkəmizin beynəlxalq enerji bazarlarında qazandığı etibarlı tərəfdaş imici danılmazdır. Ölkəmiz həyata keçirdiyi mühüm enerji layihələri ilə Avropanın və digər tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verən dövlətlərdən birinə çevrilib. Bu gün Azərbaycanın enerji siyasəti yalnız ölkənin daxili tələbatının təmin olunması ilə məhdudlaşmır, həm də regional və beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.
Lakin qarşıdakı mərhələdə əsas məqsədlərdən biri iqtisadi inkişafın daha geniş sahələr üzrə təmin edilməsidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu strategiyanın tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Enerji sektorunda formalaşmış təcrübə, güclü infrastruktur və investisiya imkanları qeyri-neft sənayesinin yeni istiqamətlərinin inkişafı üçün də əlverişli zəmin yaradır.
2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Təbii ehtiyatların səmərəli istifadəsi, müasir texnologiyaların tətbiqi, yeni istehsal zəncirlərinin yaradılması, məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi ölkənin gələcək inkişafına mühüm töhfələr verə bilər. Azərbaycanın enerji sahəsində qazandığı mövqeləri yeni sənaye istiqamətləri ilə tamamlaması isə iqtisadiyyatın daha dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli modelinin möhkəmlənməsinə xidmət edəcək.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06

