Türk Dövlətləri Təşkilatının artan beynəlxalq rolu
21.09.2026 [17:33]
Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır.Son bir neçə ildə Türk Dövlətləri Təşkilatı mütəşşəkkil bir birliyə çevrilib. Xüsusilə ölkəmiz türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsi və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli maraqlar xəttinin Prezident İlham Əliyev tərəfindən müasir geosiyasi reallıqlara uyğun şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan türk dünyasında həm etibarlı tərəfdaş, həm təşəbbüskar dövlət, həm də müxtəlif istiqamətləri bir araya gətirən mühüm platforma kimi çıxış edir.
Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Prezident İlham Əliyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüş keçirilib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, təşkilata üzv dövlətlərin rəhbərlərinin ümumi mövqeyi beynəlxalq arenada Türk Dövlətləri Təşkilatının rolunun və yerinin daha da gücləndirilməsidir.Bu baxımdan üzv ölkələrin malik olduğu geniş iqtisadi və coğrafi potensial xüsusi əhəmiyyət daşıyır. Türk dövlətlərinin yerləşdiyi geniş coğrafi məkandan mühüm enerji və nəqliyyat dəhlizlərinin keçməsi Türk Dövlətləri Təşkilatının regional bağlantılar, nəqliyyat və enerji təhlükəsizliyi sahələrində rolunun artırılması üçün mühüm imkanlar yaradır. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə tranzitində iştirakı ölkəmizin bu proseslərdəki rolunu daha da artırır.
Prezident İlham Əliyev görüşdə regiondakı təhlükəsizlik məsələlərinə toxunaraq bildirib ki, ölkədə ictimai asayişin qorunması, eləcə də müxtəlif xarakterli terror təhdidlərinin və potensial risklərin vaxtında müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində vəziyyət tam nəzarət altındadır.
Dövlət başçısı vurğulayıb ki, müasir dövrdə qlobal və regional müstəvidə yaranan yeni təhdidlər şəraitində mühafizə sisteminin səmərəli təşkili, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində sabitlik etibarlı şəkildə təmin olunur. Prezident xüsusilə qeyd edib ki, müasir çağırışlar və transmilli təhlükələr fonunda Türk dövlətlərinin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlıq, operativ məlumat mübadiləsi və birgə səylərin artırılması ictimai asayişin və regional təhlükəsizliyin daha da möhkəmləndirilməsində həlledici rol oynayır.
Prezident İlham Əliyev çıxışında türk dünyası dövlətləri arasında ikitərəfli münasibətlərin də yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalayıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə iqtisadi əməkdaşlığın konkret nəticələrindən biri kimi qeyd olunub. Dövlət başçısı Türk dünyasını Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi səciyyələndirib.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərini də diqqətə çatdıraraq qeyd edib ki, üzv ölkələr qarşılıqlı fəaliyyətlərini daha da gücləndirməli, mövcud və mümkün təhdidlərə qarşı birgə yanaşmalar formalaşdırmalıdırlar. Təhlükəsizlik şuraları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, zəif tərəflərin müəyyənləşdirilməsi və mümkün təhdidlərin qarşısının alınması bu baxımdan mühüm istiqamətlərdəndir.
Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə münasibətlərinin strateji tərəfdaşlıq, müttəfiqlik və qardaşlıq xarakteri daşıdığı da çıxışda xüsusi vurğulanıb. Qarabağın bərpasında Qazaxıstanın göstərdiyi dəstək, Özbəkistanla tarixi-mədəni əlaqələr, Bakıda Əlişir Nəvai, Daşkənddə isə Nizami Gəncəvinin abidələrinin ucaldılması türk xalqları arasında dərin mənəvi və mədəni bağların nümunəsi kimi qeyd olunub. Türkiyə-Azərbaycan münasibətlərinin isə Şuşa Bəyannaməsi ilə müttəfiqlik müstəvisində yeni mərhələyə yüksəldiyi diqqətə çatdırılıb.
Dövlət başçısı beynəlxalq hüququn üstünlüyünün təmin edilməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, beynəlxalq hüququn prinsiplərinin ardıcıl və bərabər şəkildə tətbiqi münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli üçün mühüm mexanizmdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı üzv dövlətlərinin beynəlxalq platformalarda ümumi mövqelərinin daha fəal şəkildə müdafiə olunması təşkilatın nüfuzunun və beynəlxalq proseslərə təsir imkanlarının artmasına xidmət edə bilər.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə yalnız üzv ölkələr arasında əməkdaşlıq platforması kimi deyil, beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əlaqələr üzrə daha fəal beynəlxalq institut kimi inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu göstərir. Bu imkanların reallaşdırılması isə üzv dövlətlərin qarşılıqlı etimadına, koordinasiyalı fəaliyyətinə və ortaq maraqlar ətrafında birgə səylərinə əsaslanır.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

