Azərbaycan İslam həmrəyliyinə yeni töhfələr verir
16.09.2026 [22:25]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrin növbəti nümunəsidir. Müxtəlif ölkələrdən dini liderlərin və alimlərin iştirakı ilə keçirilən bu tədbirlər ortaq tarixi-mədəni irsin öyrənilməsi, mənəvi dəyərlərin qorunması və sülh çağırışlarının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən qeyd etdiyi fikirlər Azərbaycanın bu məsələlərə yanaşmasının əsas istiqamətlərini ortaya qoyur. Dövlət başçısı XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvinin çox böyük bir iz buraxdığını. vurğulayıb. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi yalnız milli sərvət deyil, həm də Şərq və İslam mədəniyyətinin ayrılmaz hissəsidir.
Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında yerləşməsi də ölkənin bu proseslərdəki rolunu şərtləndirən amillərdəndir. TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycan müxtəlif coğrafiyaları bir araya gətirən platformaların təşəkkülünə mühüm töhfə verir. Bakıda Türk dövlətlərinin dini liderləri ilə yanaşı, Qafqazın müxtəlif bölgələrindən nümayəndələrin iştirakı ortaq mənəvi dəyərlərin geniş coğrafiyada birləşdirici rolunu göstərir.
Prezident İlham Əliyev çıxışında İslam həmrəyliyinin əməli addımlarla möhkəmləndirilməsi məsələsinə toxunub. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirdiyi tədbirlər, Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları bu siyasətin konkret nümunələridir. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin müsəlman dövlətləri arasında dialoq və əməkdaşlığın inkişafına verdiyi önəmi nümayiş etdirir. Bu prosesdə dini liderlərin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Onların sülhə, qarşılıqlı hörmətə, əməkdaşlığa və əmin-amanlığa çağırışları geniş ictimaiyyətə təsir göstərmək imkanına malikdir. Buna görə də dini rəhbərlərin mütəmadi görüşlərinin keçirilməsi ortaq məsələlərin müzakirəsi və həmrəyliyin gücləndirilməsi üçün mühüm platforma yarada bilər.
Bakıda keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri də iştirakçıların Qarabağ və Şərqi Zəngəzura səfəridir. Ağdam, Xocalı, Şuşa və Xankəndiyə səfər edən qonaqlar həm 30 illik işğalın nəticələrini, həm də hazırda həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yerində müşahidə etmək imkanı əldə edirlər.
İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin, tarixi və dini abidələrin dağıdılması Azərbaycanın üzləşdiyi faciənin mühüm hissəsidir. Məscidlərin məhv edilməsi və dini irsə vurulan zərər bu məsələnin yalnız milli deyil, İslam dünyası üçün də əhəmiyyətini artırır. İşğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin məscidlərdən başlanması isə Azərbaycanın milli-mənəvi dəyərlərə münasibətinin göstəricisidir. Ağdam məscidinin bərpası bu siyasətin simvolik nümunələrindən biridir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda tamamilə fərqli mənzərə formalaşır. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir, yeni yaşayış məntəqələri salınır, sosial və iqtisadi infrastruktur yaradılır. Beləliklə, işğalın viran qoyduğu ərazilərdə həyat yenidən canlanır. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır: “Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir”.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinə də diqqət yetirilib. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyini və bunun uzunmüddətli olacağına əminliyini ifadə edib. Eyni zamanda, keçmişin ağır nəticələrinin unudulmayacağı, Xocalı faciəsinin, dağıdılmış məscidlərin və mədəni irsin tarixi yaddaşda qorunacağı vurğulanıb. Tarixi həqiqətlərin qorunması gələcək nəsillərin məlumatlandırılması baxımından vacib olduğu kimi, sülh gündəliyinin irəli aparılması da regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın seçdiyi istiqamət qarşıdurmadan sonra davamlı sülh və quruculuq mərhələsinə keçidi nəzərdə tutur.
Prezident İlham Əliyevin çıxışında Türk dünyası, Qafqaz və İslam aləminin həmrəyliyinin gücləndirilməsi də mühüm mesaj kimi səslənib. Dünyada müxtəlif qarşıdurmaların davam etdiyi bir şəraitdə dövlətlər və xalqlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət qazanır. Azərbaycan bu prosesdə dialoq, qarşılıqlı anlaşma və birlik ideyalarını önə çəkir.
Beləliklə, Bakıda keçirilən dini və mədəni tədbirlər Azərbaycanın beynəlxalq təşəbbüslərinin mühüm istiqamətlərini bir arada nümayiş etdirir. Seyid Yəhya Bakuvinin irsinin təbliği milli-mədəni yaddaşın qorunmasını, dini liderlərin görüşü İslam həmrəyliyinin möhkəmləndirilməsini, Qarabağa səfər isə tarixi həqiqətlərin və bərpa prosesinin dünyaya çatdırılmasını təmin edir. Bütün bunları birləşdirən əsas xətt isə birlik, qarşılıqlı hörmət, milli-mənəvi dəyərlərə bağlılıq və sülh ideyasıdır.
Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər Bakının Türk dünyası, Qafqaz və İslam aləmi arasında dialoqun inkişaf etdiyi mühüm platformalardan birinə çevrildiyini nümayiş etdirir. Bu platformanın əsas məqsədi isə ortaq dəyərlər ətrafında həmrəyliyi gücləndirmək, qarşılıqlı etimadı artırmaq və regionda davamlı sülhün möhkəmlənməsinə töhfə verməkdir.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

