Daşkənddə strateji tərəfdaşlığın dərinləşdirilməsi
25.08.2026 [15:15]
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri
Azərbaycan–Özbəkistan münasibətlərinin tarixində mühüm mərhələ kimi
qiymətləndirilə bilər. Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat
Mirziyoyev arasında keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası,
imzalanan sənədlər və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasında
münasibətlərin artıq ənənəvi dostluq çərçivəsindən çıxaraq genişmiqyaslı strateji
əməkdaşlıq müstəvisinə keçdiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında ilk növbədə Azərbaycan və
Özbəkistan xalqları arasında mövcud olan qardaşlıq münasibətlərini vurğuladı.
Dövlət başçısı Daşkəndin və bütövlükdə Özbəkistanın son illərdə sürətli inkişafını
qeyd edərək, bu uğurların Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi
islahatların nəticəsi olduğunu bildirdi. İlham Əliyevin fikirlərində diqqət çəkən
əsas məqamlardan biri də iki ölkənin inkişaf proseslərinin bir-birini
tamamlamasıdır. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan artıq yalnız
ikitərəfli əməkdaşlıq edən dövlətlər deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz
arasında formalaşan yeni geosiyasi və geoiqtisadi məkanın mühüm iştirakçılarıdır.
Səfərin mühüm nəticələrindən biri iki ölkə arasında sənədlər paketinin
imzalanması oldu. Azərbaycan və Özbəkistan prezidentləri “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında
Müqavilə”ni, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarını
imzaladılar. Bundan başqa, gömrük, turizm və mədəniyyət sahələrində
əməkdaşlığa dair saziş və memorandumlar, ticarət dövriyyəsinin 2030-cu ilədək 1
milyard ABŞ dollarına çatdırılması üzrə Proqram, investisiya və ticarət
layihələrinin həyata keçirilməsi üzrə Yol Xəritəsi, pensiya təminatı, xarici işlər və
sosial innovasiyalar sahələrində əməkdaşlıq proqramları qəbul edildi.
Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara şəhərləri arasında
qardaşlaşma münasibətlərinin qurulmasına dair protokollar da imzalanan sənədlər
sırasında yer aldı.
Bu sənədlər Azərbaycan–Özbəkistan əməkdaşlığının konkret istiqamətlər üzrə
institusional və hüquqi əsaslarını daha da möhkəmləndirir. Xüsusilə ticarət
dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi iqtisadi münasibətlərin yeni
mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyev də çıxışında bu hədəfin
artıq uzaq perspektiv kimi deyil, yaxın illərdə reallaşa biləcək konkret nəticə kimi
nəzərdən keçirildiyini vurğuladı. Dövlət başçısı enerji, nəqliyyat, investisiya,
turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı və emal sektoru
daxil olmaqla, əməkdaşlığın demək olar ki, bütün əsas sahələri əhatə etdiyini
bildirdi.
Səfərin iqtisadi nəticələri həyata keçirilən və yeni təməli qoyulan layihələrdə də öz
əksini tapdı. Daşkənddə Azərbaycan şirkətlərinin iştirakı ilə bank, sənaye, təhsil,
enerji, turizm, yaşayış və kənd təsərrüfatı sahələrində layihələrin açılışı və
təməlqoyma mərasimləri keçirildi. Bu layihələr iki ölkə arasında qarşılıqlı
investisiyaların artdığını və siyasi münasibətlərin real iqtisadi nəticələrə
çevrildiyini göstərir.
23 avqust 2026-cı il tarixli Daşkənd görüşləri Azərbaycan–Özbəkistan
münasibətlərinin yalnız siyasi və diplomatik deyil, həm də iqtisadi, nəqliyyat,
investisiya, humanitar və regional əməkdaşlıq baxımından yeni mərhələyə qədəm
qoyduğunu göstərdi. İmzalanan sənədlər bu münasibətlərin hüquqi bazasını
genişləndirir, qarşıya qoyulan 1 milyard dollarlıq ticarət hədəfi isə iqtisadi
tərəfdaşlığın konkret istiqamətini müəyyənləşdirir. Prezident İlham Əliyevin
bəyanatından da aydın oldu ki, Azərbaycan və Özbəkistan arasında formalaşan
əməkdaşlıq modeli iki qardaş xalqın qarşılıqlı etimadına əsaslanmaqla yanaşı,
Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına da mühüm töhfə
vermək potensialına malikdir.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

