Liderlərin siyasi iradəsi və zəngin əməkdaşlıq prioritetləri
25.08.2026 [14:46]
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər iki dövlətin tərəfdaşlığından daha dərin məzmun kəsb edərək, əsrlər boyu formalaşmış mənəvi dəyərlərə, köklü tarixə, dil və mədəniyyət birliyinə, eləcə də xalqlarımızın qarşılıqlı rəğbətinə söykənir. Dövlət başçımızın vurğuladığı kimi: “İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.” Məhz bu möhkəm bünövrə sayəsində ikitərəfli əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlmiş və tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.
Dövlətlərimiz arasında siyasi dialoq son illərdə ən yüksək dinamika ilə inkişaf edir. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq, qarşılıqlı hörmət və etimad qardaşlıq bağlarının möhkəmlənməsində həlledici rol oynayır. Son beş ildə dövlət başçıları səviyyəsində həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və intensiv təmaslar iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli zəmin yaratmışdır. Özbəkistan liderinin fəaliyyətini yüksək qiymətləndirən Prezidentimiz qeyd etmişdir: “Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin Məmnunluq hissi doğurur.”
2024-cü ildə imzalanmış "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" və 2023-cü ildən fəaliyyət göstərən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığımızın hüquqi və institutional bazasını daha da gücləndirmişdir. İqtisadi-ticari əlaqələrdə əldə edilən müsbət dinamika, xüsusilə ticarət dövriyyəsinin dəfələrlə artaraq 795 milyon dollara çatması, eləcə də nizamnamə kapitalı 500 milyon dollar təşkil edən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti real nəticələrə hesablanmış iqtisadi modelin göstericisidir. Dövlət başçımızın dediyi kimi: “Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.” Ölkələrimizdə fəaliyyət göstərən 130-dan çox kommersiya təşkilatı, eləcə də energetika, sənaye, turizm və nəqliyyat sektorundakı birgə layihələr bu tərəfdaşlığın miqyasını göstərir.
Energetika, "Yaşıl Dəhliz" layihələri, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası regional logistikanı yenidən formalaşdırır. Azad edilmiş ərazilərimizdə — Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunmuş Mirzə Uluqbəy adına məktəb və salınan "Dostluq bağı" isə Özbəkistan xalqının Azərbaycanla olan sarsılmaz həmrəyliyinin bariz təzahürüdür.
Təhsil, mədəniyyət, media və QHT sektorlarında genişlənən qarşılıqlı əlaqələr, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində atılan ortaq addımlar və Mərkəzi Asiya ölkələri ilə "C6" formatında dərinləşən dialoq Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin vacibliyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörən xarici siyasət, strateji vizyon və liderlik keyfiyyətləri Azərbaycan-Özbəkistan müttəfiqliyini regional sabitliyin və inkişafın əsas dayaqlarından birinə çevirmişdir.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Səltənət Möhsünlü
Hörmətlə, YAP Tərtər Rayon Təşkilatı
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

