Tarixi köklər üstündə əbədi dostluq
25.08.2026 [14:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına
dövlət səfəri dost və qardaş ölkələr arasında münasibətlərin bütün istiqamətlər üzrə
inkişafına mühüm töhfə verib. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr,
imzalanan sənədlər və həyata keçirilən bir sıra tədbirlər iki ölkə arasında əməkdaşlığın yeni
mərhələyə yüksəldiyini nümayiş etdirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 24-də
Daşkənddən Buxaraya gəliblər. Buxara Beynəlxalq Hava Limanında Azərbaycan
Prezidentini və birinci xanımı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı
Ziroatxon Mirziyoyeva qarşılayıblar. Səfərin Buxara mərhələsi Azərbaycan və Özbəkistan
arasında dostluq münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını,
xalqlarımızın zəngin tarixi-mədəni irsinin də bu əlaqələr üçün möhkəm əsas yaratdığını bir
daha göstərib.
Buxarada Azərbaycan və Özbəkistan prezidentləri və birinci xanımları şəhərin qədim
tarixi abidələri ilə tanış olublar. İsmayıl Samani türbəsi, “Ark” qalası və “Poyi-Kalon”
kompleksi kimi tarixi məkanların ziyarəti xalqlarımızı birləşdirən ortaq Türküstan irsinin
əhəmiyyətini nümayiş etdirib. Bu görüşlər dövlətlərarası münasibətlərin yüksək səviyyəsi
ilə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi yaxınlığın da ifadəsi olub.
Səfərin əsas mərhələsi Daşkənddə keçirilib. Burada Azərbaycan və Özbəkistan
prezidentləri arasında təkbətək və geniş tərkibdə görüşlər baş tutub, Ali Dövlətlərarası
Şuranın üçüncü iclası keçirilib və müxtəlif sahələr üzrə Azərbaycan-Özbəkistan
sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub. Prezidentlər mətbuata bəyanatlarla
çıxış edərək iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər
sahələrdə əməkdaşlığın geniş perspektivlərini vurğulayıblar.
Səfər zamanı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və
təməlqoyma mərasimləri də keçirilib. Prezident İlham Əliyev və Prezident Şavkat
Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında
iştirak edib, “Yeni Daşkənd” şəhərsalma layihəsi ilə tanış olublar və Yeni Daşkənd
şəhərində “Azərbaycan” parkının təməlini qoyublar. Bu layihələr Azərbaycan-Özbəkistan
əlaqələrinin təhsil, mədəniyyət, şəhərsalma və investisiya sahələrində də konkret
nəticələrlə müşayiət olunduğunu göstərir.
Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlığı son illərdə davamlı şəkildə
möhkəmlənir. Dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq, iqtisadi
əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə və
humanitar münasibətlərin inkişafı qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindəndir. Orta
Dəhlizin imkanlarının genişləndirilməsi də Azərbaycanla Özbəkistan arasında nəqliyyat və
ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümumilikdə, dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin strateji
tərəfdaşlıq və qarşılıqlı müttəfiqlik ruhunda inkişaf etdiyini bir daha təsdiqlədi. Səfər
zamanı əldə olunan razılaşmalar və yeni layihələr iki ölkənin gələcəkdə də siyasi, iqtisadi,
nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığını daha da genişləndirəcəyinə
əminlik yaradır. Azərbaycan və Özbəkistanın rəhbərləri arasında formalaşmış yüksək
səviyyəli qarşılıqlı etimad və dostluq münasibətləri xalqlarımızın mənafeyinə xidmət edən
birgə təşəbbüslərin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri Ayaz Novruzov
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

