Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Özbəkistan münasibətləri

Azərbaycan–Özbəkistan münasibətləri

25.08.2026 [13:09]

YAP Ağdam rayon təşkilatının əməkdaşı Elməddin Abbasov

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf tempi ilə seçilən
dövlətlərarası əlaqələrdən birinə çevrilib. Bu münasibətlərin əsasını tarixi və mənəvi
yaxınlıq təşkil etsə də, qarşılıqlı əlaqələr artıq siyasi və humanitar sahələrlə
məhdudlaşmır. İqtisadiyyatın demək olar ki, bütün istiqamətlərini əhatə edən geniş
əməkdaşlıq modeli formalaşıb. Prezident İlham Əliyevin avqustun 23-də
Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər də bu prosesin real
nəticələrini və gələcək perspektivlərini ortaya qoyub.
Özbəkistanın son illərdə əldə etdiyi iqtisadi və sosial inkişaf Prezident İlham
Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri olub. Daşkəndin simasında
müşahidə olunan dəyişikliklər ölkənin ümumi inkişaf dinamikasının göstəricisi kimi
qiymətləndirilir.
Azərbaycan və Özbəkistanın əməkdaşlığı eyni zamanda Mərkəzi Asiya ilə Cənubi
Qafqaz arasında yeni iqtisadi bağlantıların güclənməsinə xidmət edir. Nəqliyyat və
logistika layihələri, ticarət marşrutlarının genişləndirilməsi və qarşılıqlı
investisiyalar bu iki regionun daha sıx inteqrasiyasına imkan yaradır. Beləliklə, iki
ölkə arasında qurulan tərəfdaşlıq daha geniş regional proseslər üçün də mühüm
platformaya çevrilir.
Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü yüksək səviyyəsində iki ölkə liderləri
arasında formalaşmış qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. 
İki qardaş xalqı birləşdirən ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər son
illərdə dövlətlərarası münasibətlərin də yeni mərhələyə yüksəlməsinə imkan
yaradıb.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri tarixinin ən yüksək inkişaf
mərhələsini yaşayır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiyalar, enerji,
nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əldə olunan nəticələr
Azərbaycan və Özbəkistanın uzunmüddətli müttəfiq olduqlarını təsdiqləyir.
Həmçinin Azərbaycan və Özbəkistan arasında regionlararası əməkdaşlığın
genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Belə əməkdaşlıq yalnız mərkəzi

şəhərlər arasında deyil, müxtəlif regionların iqtisadi subyektləri arasında əlaqələrin
qurulmasına şərait yaradır.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31