Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İsgəndər Qurbanov: Davamlı inkişaf üçün yeni üfüqlər açılır

İsgəndər Qurbanov: Davamlı inkişaf üçün yeni üfüqlər açılır

25.08.2026 [13:01]

Azərbaycan Prezidentinin qardaş Özbəkistana bu dəfəki dövlət səfəri
tarixi əhəmiyyət daşıyır. Səfər çərçivəsində avqustun 23-də Daşkənddə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin mətbuata bəyanatlarla
çıxışları bir çox mühüm məqamları ilə yaddaqalan oldu.
Prezidentimiz bəyanatla çıxışı zamanı bildirdi ki, biz də Özbəkistana,
Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik.
Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir.
Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə
səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram.
Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də
detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.
Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın
potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin
möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə
yönəlmiş fəaliyyətinin nəticəsidir.
Dövlətimizin Başçısı qeyd etdi ki, bu gün Mərkəzi Asiya və Azərbaycan
böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik
vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki,
yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun
inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və
Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.
Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat
Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin
bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat,
investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil
sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri
əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda
yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu
layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu
nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki
əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və
SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını
xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz
artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına
başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma
və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.

Ölkə rəhbərimiz daha sonra çıxışında Özbəkistan prezidenti Şavkat
Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna
rolundan danışaraq bildirdi ki, ilk yardım - Füzulidə Mirzə Uluqbəy adına
960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə
investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də
Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər
bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin
diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də
daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı
regional layihələr də olub.
Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət
şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata
keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik
maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri
birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız
var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri
layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm
infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə
etsək, bu artıq milyardlarla investisiya deməkdir.
İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə
qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə
yatırılır. Yenə də başladığım yerə qayıdıram. Şavkat Miromonoviçin böyük
xidməti ondan ibarətdir ki, məhz o, öz islahatları, əzmkarlığı və müdrikliyi
sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara
Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə
imkan verən investisiya mühiti yaradıb.
Ümid edirik ki, Özbəkistan prezidenti Şavkat Miromonoviç Mirziyoyevin
qeyd etdiyi bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da
yaxınlaşdıracaqdır. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin
tarixi səfərinin nəticələri ölkələrimizin tərəfdaşlığını konkret məzmunla
zənginləşdirəcək, birgə layihələr və iki qardaş ölkənin davamlı inkişafı üçün
yeni üfüqlər açacaqdır.
İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31