Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İki qardaş ölkənin münasibətlərində yeni siyasi mərhələ

İki qardaş ölkənin münasibətlərində yeni siyasi mərhələ

25.08.2026 [13:00]

YAP Ağdam rayon təşkilatının əməkdaşı
Elmin Məmmədov

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni
mərhələyə qədəm qoyaraq qardaşlıq və dostluq əlaqələrindən strateji müttəfiqlik
səviyyəsinə yüksəlib.
2026-cı il avqustun 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin
Özbəkistana dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni siyasi
mərhələnin göstəricisidir.
Azərbaycan və Özbəkistan arasında regionlararası əməkdaşlığın genişləndirilməsi
də xüsusi əhəmiyyət kəsb edir. Belə əməkdaşlıq yalnız mərkəzi şəhərlər arasında
deyil, müxtəlif regionların iqtisadi subyektləri arasında əlaqələrin qurulmasına
şərait yaradır.
Son illərdə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında
münasibətlərin inkişaf dinamikası göstərir ki, tərəflər dərindən düşünülmüş,
uzaqgörən və çoxşaxəli strateji xətt yürüdürlər.
Azərbaycan və Özbəkistan arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin
təməlində dövlət başçıları - Prezident İlham Əliyev və Prezident Şavkat
Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və dərin
etimad mühiti dayanır.
Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlərdən aydın görünür ki,
qarşıda duran məqsədlər konkret fəaliyyət planlarına əsaslanır. Dövlət Başçısı
cənab İlham Əliyev birgə bəyanat zamanı bildirdi ki, "Bu gün Mərkəzi Asiya və
Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına
malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki,
yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının
ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx
qarşılıqlı əlaqələrdən asılıdır. Bu gün danışdığımız layihələrdən hər birinin öz
dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə
münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat,
investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil
sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə

etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin
təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin
sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək
üçün kifayətdir."
Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan
münasibətlərini yeni məzmun və yeni imkanlarla daha da zənginləşdirib. Əbədi
dostluq haqqında müqavilənin imzalanması, iki dövlət başçısı arasında mövcud
olan səmimi dostluq və qarşılıqlı etimad, əldə olunan konkret razılaşmalar və
həyata keçiriləcək birgə layihələr əlaqələrimizin daha da möhkəmlənməsi üçün
möhkəm zəmin yaradır.
Prezident cənab İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər bir daha
göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız siyasi iradəyə deyil,
möhkəm mənəvi, tarixi və iqtisadi təmələ əsaslanır. İki ölkənin rəhbərlərinin
qarşılıqlı etimadı və birgə fəaliyyətə verdiyi önəm əlaqələrin daha da
dərinləşməsinə mühüm zəmin yaradır.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31