Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli inkişaf modelinə çevrilib

Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli inkişaf modelinə çevrilib

25.08.2026 [12:55]

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş
ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm
nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi
mesajlarla zəngindir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər bir
daha göstərir ki, Azərbaycan - Özbəkistan əlaqələri yalnız dövlətlərarası
münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Möhtərəm Prezident İlham Əliyevin
bildirdiyi kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə,
mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında möhkəm
təməl üzərində qurulan dövlətlərarası münasibətlər hazırda yeni və daha yüksək
mərhələyə yüksəlib. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı
səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini
daha da möhkəmləndirib. Nəticədə Azərbaycan - Özbəkistan əlaqələri strateji
tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni
məzmun gətirilib. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri xüsusi
əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan
münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata
keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı
səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. 2024-
cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin
iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli
əlaqələrin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Bu səfərlər
çərçivəsində imzalanmış çoxsaylı sənədlər, xüsusilə strateji tərəfdaşlığın
dərinləşdirilməsinə və müttəfiqlik münasibətlərinə dair sənədlər əlaqələrin hüquqi-
siyasi bazasını daha da möhkəmləndirib.
Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Özbəkistan
arasındakı siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika,
enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə
genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Bu çoxşaxəli
əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlarımız arasında əlaqələrin
daha da dərinləşməsinə xidmət edir. İqtisadi-ticari münasibətlərdə müşahidə

olunan dinamika xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanla Özbəkistan
arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795
milyon dollara çatması əlaqələrin iqtisadi potensialının nə qədər böyük olduğunu
göstərir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə
müqayisədə 33 faiz artması qarşılıqlı iqtisadi marağın davamlı şəkildə yüksəldiyini
nümayiş etdirir. Bundan başqa, nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə
Azərbaycan - Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət
qazandırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm
halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində
mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-
logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi
inteqrasiyasına yeni impuls verir.
Onu da qeyd edək ki, Azərbaycan - Özbəkistan əməkdaşlığında Qarabağın
və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur. Özbəkistanın Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi
münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində
Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən
parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil,
Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə
birgə baxışın rəmzidir. Təhsil sahəsində qarşılıqlı mübadilələr də genişlənir.
2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda,
Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması gənc nəslin
qarşılıqlı əlaqələrinin inkişaf etdiyini göstərir. Bu münasibətlər gələcəkdə iki
ölkənin elmi, intellektual və peşəkar potensialının daha sıx əməkdaşlığı üçün
mühüm zəmin yaradır.
Məlumdur ki, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlət Türk
dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsinə, təşkilat daxilində
iqtisadi, nəqliyyat, mədəni və humanitar əlaqələrin inkişafına ardıcıl dəstək verir.
Azərbaycan ilə Özbəkistanın ikitərəfli müttəfiqlik münasibətləri Türk dünyasında
inteqrasiya proseslərinin daha da sürətlənməsi baxımından mühüm amildir. Bu gün
Azərbaycan - Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr müstəvisində
deyil, daha geniş regional əməkdaşlıq kontekstində də mühüm əhəmiyyət daşıyır.
Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsi, nəqliyyat
və logistika imkanlarının genişləndirilməsi, enerji və iqtisadi layihələrin həyata
keçirilməsi yeni əməkdaşlıq imkanları yaradır. Bütün bunlar göstərir ki,
Azərbaycan və Özbəkistan münasibətləri artıq uzunmüddətli strateji perspektivə
malik hərtərəfli tərəfdaşlıq modelinə çevrilib. Bu modelin əsasını siyasi etimad,

iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq və xalqlarımızın qarşılıqlı rəğbəti təşkil
edir.
Ən əsası, Prezident İlham Əliyevin UzA-ya müsahibəsində ifadə etdiyi
fikirlər də məhz bu reallığı təsdiqləyir. Əminliklə demək olar ki, Azərbaycan və
Özbəkistan qardaşlığı, strateji müttəfiqliyi bundan sonra da yüksələn xətt üzrə
inkişaf edəcək, birgə addımlarımız Türk dünyasının güclənməsinə, regionda sülh,
sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək!
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31