Azərbaycan və Özbəkistan: Tarixə və Mədəniyyətə Söykənən Qardaşlıq Əlaqələri
24.08.2026 [14:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də
Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında tarixi dostluq, strateji
tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında yeni bir mərhələnin əsasını qoydu.
Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər və mətbuat üçün verilən bəyanatlar bir daha
göstərdi ki, Azərbaycan ilə Özbəkistanı birləşdirən tellər yalnız geostrateji maraqlar deyil,
eyni zamanda dərin köklərə söykənən tarixi, mədəni və mənəvi bağlardır. Prezident İlham
Əliyevin bəyanatında xüsusi vurğuladığı "İkitərəfli münasibətlər çox möhkəm – həm mənəvi,
həm də maddi təməl üzərində qurulub" tezisi iki ölkə arasındakı əməkdaşlığın fəlsəfəsini və
gələcək inkişaf vektorunu tam dəqiqliyi ilə əks etdirir.
Mənəvi təməl dedikdə, ilk növbədə, xalqlarımızın əsrlər boyu saxladığı qardaşlıq
münasibətləri, ortaq tarix, din, dil, mədəniyyət və milli-mənəvi dəyərlər nəzərdə tutulur.
Azərbaycan və Özbəkistan xalqları tarixin bütün çətin sınaqlarında bir-birinə dəstək olmuş,
sevincini və kədərini paylaşmışlar. Prezident İlham Əliyevin Özbəkistana hər bir səfəri,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərləri sadəcə rəsmi protokol
xarakteri daşımır, yüksək mənəvi səmimiyyət və qarşılıqlı hörmət mühitində keçir. Mənəvi
birliyin və qardaşlığın ən parlaq təcəssümü kimi Özbəkistanın işğaldan azad edilmiş
Qarabağın bərpasında göstərdiyi qardaşlıq dəstəyini xüsusi qeyd etmək lazımdır. Özbəkistan
tərəfindən Füzuli şəhərində inşasına təşəbbüs göstərilən və istifadəyə verilən Mirzə Uluqbəy
adına 1 nömrəli tam orta məktəb bu mənəvi təməlin sarsılmaz rəmzidir. Qarabağın və Şərqi
Zəngəzurun yenidən qurulmasında ilk kömək əlini uzadan ölkələrdən birinin məhz
Özbəkistan olması Azərbaycan xalqının qəlbində dərin minnətdarlıq hissi doğurmuşdur.
Münasibətlərin maddi təməli isə sürətlə artan ticarət dövriyyəsi, qarşılıqlı sərmayə
qoyuluşları, sənaye kooperasiyası, energetika və nəqliyyat-loqistika sahələrində həyata
keçirilən irimiqyaslı layihələrlə ölçülür. İki ölkə arasında təsis edilmiş Ali Dövlətlərarası
Şuranın fəaliyyəti, birgə İnvestisiya Fondunun yaradılması iqtisadi əlaqələrin keyfiyyətcə
yeni müstəviyə çıxarılmasına xidmət edir. Sənaye, kənd təsərrüfatı, toxuculuq, maşınqayırma
və bərpa olunan enerji sahələrində birgə layihələrin icrası hər iki ölkənin iqtisadi potensialını
artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Azad İqtisadi Zonası vasitəsilə Özbəkistan
məhsullarının dünya bazarlarına çıxarılması, eləcə də Orta Dəhliz çərçivəsində sıx
əməkdaşlıq maddi təməlin nə qədər əhəmiyyətli və strateji olduğunu göstərir.
Prezident İlham Əliyev öz bəyanatında diqqəti ona yönəltdi ki, bu iki sütun – mənəvi
səmimiyyət və praqmatik iqtisadi maraqlar – bir-birini tamamlayaraq Azərbaycan-Özbəkistan
müttəfiqliyini sarsılmaz edir. Bu gün hər iki dövlət Mərkəzi Asiya və Cənubi Qafqaz
regionlarında sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatçılarından biri kimi çıxış
edir. Regional inteqrasiyanın dərinləşməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə
addımların atılması iki ölkənin beynəlxalq müstəvidə də vahid mövqedən çıxış etdiyini sübut
edir.
Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusilə də
Özbəkistan ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Dövlət
başçılarının müntəzəm xarakter alan şəxsi dostluğu və siyasi iradəsi ikitərəfli münasibətlərin
dinamik inkişafına güclü təkan verir. 2026-cı ilin avqust səfəri zamanı imzalanan ikitərəfli
sənədlər, strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsinə dair bəyannamələr gələcək
fəaliyyətlər üçün aydın yol xəritəsi müəyyən etmişdir. Bu sənədlər həm siyasi dialoqun, həm
də iqtisadi-ticari tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.
Azərbaycan və Özbəkistanın iqtisadi kooperasiyası yalnız ikitərəfli çərçivədə deyil,
həm də regional və qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Xüsusilə nəqliyyat və
loqistika sahəsində həyata keçirilən birgə təşəbbüslər Avrasiya məkanında yeni geoiqtisadi
reallıqlar yaradır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəal istifadəsi
Özbəkistanın Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Avropa və Yaxın Şərq bazarlarına
çıxışını təmin edir. Bu layihələr hər iki ölkənin tranzit potensialını dəfələrlə artırmaqla
yanaşı, regionun iqtisadi cazibədarlığını da yüksəldir.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Ənənəvi
karbohidrogen resursları ilə yanaşı, bərpa olunan və yaşıl enerji sahəsində təcrübə mübadiləsi
və birgə layihələrin planlaşdırılması müasir dövrün çağırışlarına uyğundur. Azərbaycanın
Xəzər dənizinin yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində atdığı addımlar və
Özbəkistanın bu sahədəki strategiyası gələcəkdə birgə enerji dəhlizlərinin formalaşmasına
şərait yaradır. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bu cür genişmiqyaslı planlar
münasibətlərin maddi təməlini daha da dayanıqlı edir.
Mədəni-humanitar sahədə əməkdaşlıq isə mənəvi təməlin daim canlı və fəal qalmasını
təmin edir. İki ölkənin mədəniyyət xadimlərinin, elm adamlarının, gənclərin və tələbələrin
qarşılıqlı səfərləri, mədəniyyət günlərinin keçirilməsi, birgə elmi və bədii layihələrin icrası
xalqlarımızı daha da yaxınlaşdırır. Nizami Gəncəvi və Əlişir Nəvai irsinin birgə tədqiqi və
təbliğ olunması ortaq mədəni köklərimizin zənginliyini bütün dünyaya nümayiş etdirir. Bu
mənəvi bağlılıq gələcək nəsillərə ötürülən ən qiymətli mirasdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və mətbuata
bəyanatı bir daha sübut etdi ki, Azərbaycan-Özbəkistan dostluğu və müttəfiqliyi sadəcə
konyuktur maraqlara deyil, dərin siyasi iradəyə, sarsılmaz mənəvi dəyərlərə və qarşılıqlı
faydalı iqtisadi əsaslara söykənir. Mənəvi və maddi təməlin belə harmonik şəkildə birləşməsi
iki ölkə arasındakı əlaqələrin uzunömürlü, davamlı və sarsılmaz olmasının əsas zəmanətidir.
Azərbaycan və Özbəkistan bundan sonra da bir-birinin yanında olacaq, regional və qlobal
səviyyədə birgə uğurlara imza atmağa davam edəcəklər.
YAP Ordubad rayon təşkilatının məsləhətçisi Səbinə Əliyeva
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

