Naxçıvanın strateji gələcəyi və bölgənin yeni inkişaf mərhələsi
12.08.2026 [17:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına reallaşan səfəri, qədim diyarın sosial-iqtisadi, energetika, nəqliyyat və hərbi infrastrukturasının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm tarixi hadisəyə çevrildi. Dövlət başçısının Muxtar Respublikaya sayca 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə, yalnız Naxçıvanın deyil, bütövlükdə Cənubi Qafqazın nəqliyyat-energetika xəritəsini dəyişdirəcək strateji hədəfləri və baxışları nümayiş etdirdi.
İlham Əliyev cənablarının müsahibəsində xüsusi vurğulanan əsas məsələlərdən biri Naxçıvanın tam enerji müstəqilliyinə nail olunması və gələcəkdə regionun əsas enerji ixracatçısına çevrilməsi strategiyasıdır. Azərbaycanda ümumi qazlaşdırma səviyyəsi 96 faiz olduğu halda, Naxçıvanda bu göstərici artıq 100 faizə çatdırılıb. Prezident bildirib ki, Naxçıvan Günəş enerjisi istehsalı üçün ölkənin ən əlverişli məkanıdır. “Şəms 1” və “Qərbi Üfüq” stansiyaları, eləcə də digər layihələrlə bölgədə Günəş enerjisi istehsalının minimum 500 meqavatdan 1000 meqavata (1 QVt) qədər çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvan da "Yaşıl Enerji Zonası" elan edilib. Ordubad Su Elektrik Stansiyasının və digər modul su stansiyalarının inkişafı da bu çərçivədə sürətlə devam etdirilir.
Dövlət başçısı Naxçıvanın regional nəqliyyat qovşağına çevrilməsi və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini ətraflı şəkildə diqqətə çatdırdı: "Zəngəzur dəhlizi yalnız dəmir yolu və ya avtomobil yolu deyil. Buradan fiber-optik kabellər, elektrik xətləri və gələcəkdə ehtiyac olarsa, neft-qaz kəmərləri keçə bilər."
Naxçıvan dəmir yolu seqmentinin bərpası işləri davam etdirilir və gələn il dəmir yolunun Azərbaycan hissəsinin Ermənistan sərhədinə qədər çatdırılması planlaşdırılır. Cəbrayıl rayonunda tikilən böyük çevirici yarımstansiya vasitəsilə Naxçıvana və oradan xaricə böyük həcmdə elektrik enerjisinin ötürülməsi təmin olunacaq. Bununla yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Culfa qovşağından İrana və Fars körfəzinə uzanan ikinci dəmir yolu xətti imkanları da qiymətləndirilir.
Naxçıvanın inkişafı təkcə lokal çərçivədə deyil, Azərbaycanın digər inkişaf edən bölgələri ilə vahid sinerjidə nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən müasir idarəetmə sisteminin üstünlükləri artıq Naxçıvanda da uğurla tətbiq olunur. Səfər zamanı Prezident Naxçıvan şəhərinin 2044-cü ilədək İnkişafına dair Baş Planı ilə tanış olub. Təməli qoyulan Naxçıvan Sənaye Parkı yeni iş yerlərinin açılmasına və işsizliyin aradan qaldırılmasına xidmət edəcək. Şəhər nəqliyyatının yenilənməsi üçün müasir, ekoloji cəhətdən təmiz elektrik avtobusları istifadəyə verilir. Sosial sahədə isə yeni Sosial Evlər Kompleksinin təməli qoyulub, DOST Mərkəzi və uşaq bağçalarının şəbəkəsi genişləndirilir.
Mhtərəm Prezidentimizin müsahibəsində vurğulanan digər önəmli istiqamət milli ruhun və təhlükəsizlik amilinin qorunması oldu. Möminə xatun türbəsində aparılan bərpa işləri və memar Əcəmi Naxçıvaninin şərəfinə ucaldılan abidə milli kimliyimizin qorunmasının göstəricisi kimi dəyərləndirilib. Hərbi sahədə isə Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması Azərbaycan Silahlı Qüvvələrinin bölgədə əsas söz sahibi olduğunu bir daha sübut etdi.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 11 avqust 2026-cı il tarixli Naxçıvan səfəri və AzTV-yə müsahibəsi göstərdi ki, Naxçıvan mühasirə şəraitindən çıxaraq regional tərəqqinin, "yaşıl enerji" ixracının və mühüm nəqliyyat qovşağının mərkəzinə çevrilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf konsepsiyası əsasında yüksəlişi Azərbaycanın iqtisadi və strateji gücünü daha da möhkəmləndirir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

