Dostluğun, qardaşlığın təzahürü
05.08.2026 [22:25]
Tarixən ortaq köklərə, mədəni dəyərlərə və qarşılıqlı hörmətə söykənən Azərbaycan-Qırğızıstan əlaqələri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin bu günlərdə Qırğız Respublikasına dövlət səfəri mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Azərbaycan və Qırğızıstan Prezidentlərinin təkbətək görüşü, mətbuata birgə bəyanatları, təltif olunma mərasimində, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasındakı çıxışlarında səsləndirdikləri çağırışlar iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev Azərbaycan və Qırğızıstanən bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcəklərini vurğulayaraq bildirdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Prezident Sadır Japarov isə öz növbəsində Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını tarixi hadisə və Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələ olduğunu bəyan edərək vurğuladı ki, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.
Səfər çərçivəsində dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” hər iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldir. Bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Müttəfiqlik münasibətləri haqqında sənədin mühüm istiqamətlərindən biri xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsidir. Azərbaycan və Qırğızıstan ümumi maraq doğuran beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaqla, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyi daha da inkişaf etdirə bilərlər. Bu baxımdan iki ölkənin müxtəlif beynəlxalq platformalarda mövqelərinin yaxınlaşması, qarşılıqlı dəstək nümayiş etdirməsi və ortaq təşəbbüsləri təşviq etməsi münasibətlərin siyasi komponentini daha da gücləndirəcək. Sənəddə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulması da xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunması məqsədilə bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin müdafiə sahəsində təcrübə mübadiləsi aparmasına, müvafiq əlaqələrin genişləndirilməsinə, qarşılıqlı imkanların artırılmasına şərait yarada bilər. Xüsusilə müasir dövrdə təhlükəsizlik təhdidlərinin xarakterinin dəyişməsi, yeni çağırışların meydana çıxması və hibrid təhdidlərin artması dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın əhəmiyyətini daha da artırır. Ümumilikdə, sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsidir.
Səfər zamanı Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Cənab İlham Əliyev iclasdakı çıxışında bir daha bildirdi ki, bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək: “Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir”.
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə də gələcəyə yönələn mühüm çağırışlar səsləndirildi, görüşün yekunu olaraq Çolpon-Ata Bəyannaməsi imzalandı. Sənəd tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.
Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, energetika, təhlükəsizlik və humanitar sahələrdə əlaqələrini davamlı şəkildə genişləndirir. Bu münasibətlər həm Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

