Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi
05.08.2026 [20:34]
Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və ortaq təhlükəsizlik mexanizmlərinin formalaşdırılması dövlətlərin xarici siyasətində prioritet istiqamətlərdəndir. Bu baxımdan Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşü çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın inkişafında mühüm siyasi hadisə kimi tarixə düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu nüfuzlu tədbirdə fəxri qonaq qismində iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji önəmin və Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti təsdiqidir.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələrini yalnız ortaq tarixi köklər və mədəni yaxınlıq deyil, həm də gələcəyə hesablanmış strateji maraqlar birləşdirir. Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ilə siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr yeni məzmun qazanmış, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modeli formalaşmışdır.
Çolpon-Ata Bəyannaməsi bu münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirən mühüm siyasi sənəddir. Bəyannamədə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, regional sabitliyin qorunması, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, enerji təhlükəsizliyi və yaşıl iqtisadiyyata keçid kimi prioritet istiqamətlər öz əksini tapmışdır.
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan beynəlxalq nəqliyyat layihələri bu əməkdaşlığın iqtisadi əsasını təşkil edir. Xəzər dənizinin şərq və qərb sahillərini birləşdirən logistika marşrutları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz Avropa ilə Asiya arasında yükdaşımaların sürətini və səmərəliliyini artıraraq regionun iqtisadi potensialını gücləndirir. Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarının genişlənməsində Azərbaycanın geostrateji mövqeyi mühüm rol oynayır.
Enerji sahəsində əməkdaşlıq da münasibətlərin əsas istiqamətlərindəndir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qazandığı beynəlxalq nüfuz, neft və təbii qaz ixracı sahəsində əldə etdiyi uğurlar, eyni zamanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi Mərkəzi Asiya dövlətləri ilə yeni əməkdaşlıq perspektivləri yaradır. Xəzər regionunda yaşıl enerji dəhlizlərinin yaradılması və elektrik enerjisinin ixracı üzrə birgə təşəbbüslər həm regional enerji təhlükəsizliyinə, həm də qlobal iqlim gündəliyinə mühüm töhfə verir.
Çolpon-Ata Bəyannaməsinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlığın genişləndirilməsidir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti, turizm və innovasiya sahələrində əlaqələrin inkişaf etdirilməsi xalqlar arasında qarşılıqlı etimadı və mənəvi yaxınlığı daha da gücləndirir. Ortaq tarixə, dilə və mədəni irsə malik türk xalqlarının birgə fəaliyyətinin genişlənməsi Türk Dövlətləri Təşkilatının strateji məqsədlərinə də tam uyğundur.
Bugünkü reallıq göstərir ki, Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqində aparıcı rol oynayan dövlətdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunur, irəli sürdüyü təşəbbüslər isə regional əməkdaşlığın yeni formatlarının formalaşmasına mühüm töhfə verir.
Çolpon-Ata Bəyannaməsi də məhz bu baxımdan təkcə siyasi sənəd deyil, həm də gələcəyə hesablanmış inkişaf strategiyasıdır. Bu sənəd Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə, nəqliyyat və enerji əlaqələrinin genişlənməsinə, Türk dünyasının həmrəyliyinin güclənməsinə xidmət edəcəkdir.
Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasət kursu, Mərkəzi Asiya ölkələri ilə formalaşdırdığı etibarlı tərəfdaşlıq və regional təşəbbüslərdə fəal iştirakı göstərir ki, ölkəmiz bundan sonra da Avrasiya məkanında sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfələr verməyə davam edəcəkdir. Çolpon-Ata Bəyannaməsi isə bu strateji yolun yeni mərhələsini müəyyənləşdirən mühüm siyasi sənəd kimi tarixdə öz layiqli yerini tutacaqdır.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

