Ölkəmizin xarici siyasətinin mərkəzində yalnız milli maraqlar dayanır
30.07.2026 [10:01]
Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxqütblü diplomatiya ölkəmizi regional çərçivələrdən çıxararaq qlobal siyasətin diqqət mərkəzinə gətirib. Bu siyasətin təməlində isə milli maraqların qətiyyətlə qorunması, beynəlxalq hüquqa sadiqlik və ən əsası, sözü imzası qədər kəsərli olan etibarlı liderlik imici dayanır. Ölkəmizin geostrateji mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələr dünya siyasətinin supergüclərinin ölkəmizə olan marağını bariz şəkildə artırıb. Hazırda Bakı həm Vaşinqton, həm də Pekin üçün etibarlı və əvəzolunmaz strateji tərəfdaşdır. Yeri gəlmişkən, Vaşinqtonun Azərbaycan rəhbərliyinin regionda sülh və sabitliyin bərqərar olunması istiqamətindəki qətiyyətli addımlarını yüksək dəyərləndirməsi, Prezident İlham Əliyevin humanist və sülhməramlı səylərinə verilən beynəlxalq qiymətin təzahürüdür. Cənubi Qafqazda silahların susması, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanların yaranması məhz bu ardıcıl siyasi iradənin nəticəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, tarixi IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən Prezident İlham Əliyevin ABŞ ilə münasibətlərlə bağlı vurğuladığı məqamlar Bakı ilə Vaşinqton arasındakı əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir: "Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər haqqında soruşdunuz. Deyərdim ki, həmin münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb". Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda onun haqqında səsləndirdiyi fikirlərinin yer aldığı məqaləni özünün "Truth" sosial şəbəkə hesabında paylaşıb. Dövlətimizin başçısının vurğuladğı kimi, Tramp Administrasiyası ilə Azərbaycan arasında qurulan münasibətlər artıq real strateji tərəfdaşlıq səviyyəsindədir.
Qeyd edək ki, ötən ilin avqustunda Vaşinqtonda keçirilən tarixi görüş, yanvarda Davosdakı təmaslar, ABŞ Prezidenti Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət edilməsi və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması yüksək münasibətlərin praktik təzahürləridir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Prezident Tramp sülhü yeni imkanlar yaradan bir amil kimi görən, müharibələrə son qoymağa çalışan fərqli bir liderdir. Bu baxış Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi sülh gündəliyi ilə tam üst-üstə düşür.
ABŞ ilə strateji dialoqun ən yüksək səviyyəyə çatması ilə yanaşı, Şərqin nəhəng gücü olan Çin ilə münasibətlər də dinamik şəkildə inkişaf edir. Çin Sədri Si Cinpinin Prezident İlham Əliyevə dərin hörmətlə yanaşması və səmimi dostluq münasibətlərini vurğulaması Pekinin Azərbaycana verdiyi strateji dəyərin göstəricisidir. "Bir kəmər, bir yol" layihəsində mühüm qovşaq rolu oynayan Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin vacib halqası kimi Çin üçün regionda ən təhlükəsiz və etibarlı tərəfdaş hesab olunur. Qlobal enerji böhranlarının yaşandığı bir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzolunmaz rol oynayır. "Cənub qaz dəhlizi" və "yaşıl enerji" layihələri Aİ ölkələrinin Bakıya olan marağını daha da artırıb. Avropa institutları Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir və bu qitə ilə Azərbaycan arasında enerji, logistika və digər sahələrdə sıx əməkdaşlıq davam edir.
Məlum olduğu kimi, son illər Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində və ikitərəfli formatda Mərkəzi Asiya respublikaları ilə münasibətləri keyfiyyətcə yeni zirvəyə qalxıb. Xəzər üzərindən keçən Orta dəhlizin imkanlarının genişləndirilməsi türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirir. Azərbaycan bu coğrafiyada birləşdirici bənd rolu oynayır. Ölkəmizin çoxqütblü xarici siyasətinin mühüm istiqamətlərindən biri də Yaxın Şərq ölkələri ilə dinamik inkişaf edən əlaqələrdir. Ölkəmiz Yaxın Şərq regionunun aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və etimada söykənən dostluq münasibətlərini qoruyub saxlayır, regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Eyni zamanda Azərbaycanın Afrika ölkələrinə göstərdiyi ardıcıl dəstək dövlətimizin humanist xarici siyasətinin bariz nümunəsidir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə Bakının təşəbbüsü ilə Afrika qitəsinin bir çox ölkəsinə humanitar, tibbi və təhsil yardımlarının göstərilməsi, humanitar aksiyaların təşkili Azərbaycanın qlobal miqyasda həmrəylik və ədalət tərəfdarı olduğunu sübut edir. Bu gün Azərbaycan yalnız iqtisadi və enerji layihələri ilə deyil, həm də ehtiyacı olan regionlara uzatdığı dostluq və yardım əli ilə dünyada humanist liderlik imicini möhkəmləndirir.
Xüsusilə vurğulamaq lazımdır ki, yürütdüyü uzaqgörən və uğurlu siyasət nəticəsində Azərbaycanı dünyanın nüfuzlu dövlətinə çevirən Prezident İlham Əliyevin liderlik portretini tamamlayan əsas xüsusiyyətlərdən biri də onun prinsipiallığı və verdiyi vədlərə sadiqliyidir. Beynəlxalq platformalarda səslənən "İlham Əliyevin sözü onun imzası qədər etibarlıdır" fikri illərlə sınanmış siyasi reallıqdır. Məhz bu etimadın nəticəsidir ki, Azərbaycan bir-biri ilə ziddiyyətdə olan güclərin, müxtəlif münaqişə tərəflərinin dialoq aparması üçün neytral və təhlükəsiz məkan kimi seçilir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək suverenliyini tam bərpa etməsi, beynəlxalq hüququn aliliyini nümayiş etdirməklə yanaşı, regiona yeni sülh reallıqları gətirib. Beynəlxalq tədbirlərdə, sessiyalarda, forumlarda dünya liderlərinin, eləcə də beynəlxalq medianın diqqətinin Bakıya yönəlməsi Azərbaycan Prezidentinin qlobal miqyasda söz sahibi olmasının aydın təzahürüdür.
Ən əsası, bu gün ölkəmiz şərqlə qərbin, şimalla cənubun kəsişdiyi strateji mərkəz olmaqla yanaşı, həm də qlobal dialoqun və sülhün təşviqçisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və uzaqgörən xarici siyasət ölkəmizi dünya güclərinin maraq dairəsinə daxil edib, onu etibarlı müttəfiqə çevirib.
Ofelya Rəhimova,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

