Yaşıl Keçid və Enerji Tərəfdaşlığı
09.07.2026 [12:25]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələr enerji, nəqliyyat və ticarət sahələrində strateji tərəfdaşlıq səviyyəsində inkişaf edib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana işgüzar səfəri iki tərəf arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlərdə enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın yalnız mövcud istiqamətlərlə məhdudlaşmayacağını, iqtisadiyyatın və yüksək texnologiyaların yeni sahələrini də əhatə edəcəyini vurğulayıblar. Bu isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin uzunmüddətli strateji maraqlara əsaslandığını bir daha təsdiqləyir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatında Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək bildirib ki, əməkdaşlıq son dövrdə xüsusi dinamika qazanıb və bu dinamizm tərəflərin qarşılıqlı siyasi iradəsini əks etdirir. Həqiqətən də, son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsini aşaraq enerji, logistika, yaşıl keçid, rəqəmsal inkişaf və regional təhlükəsizlik kimi strateji istiqamətləri əhatə edən hərtərəfli əməkdaşlıq modelinə çevrilib. Prezident Antonio Koştanın, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca isə Ursula fon der Lyayenin Bakıya səfərləri Avropa İttifaqının Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi qiymətləndirdiyini və əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir.
Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu potensial da Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin zəngin külək enerjisi ehtiyatları, ölkədə həyata keçirilən iri həcmli günəş elektrik stansiyası layihələri və "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və yaşıl keçid strategiyası ilə tam uzlaşır. Bu istiqamətdə yeni investisiyaların cəlb edilməsi, qabaqcıl texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi tərəflər arasında uzunmüddətli iqtisadi tərəfdaşlığın əsas sütunlarından biri kimi çıxış edir.
Bu gün Avropa Cənubi Qafqaza artıq periferik ərazi kimi deyil, Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının mühüm elementlərindən biri kimi baxır. Bu sistemdə isə Azərbaycan mərkəzi mövqe tutur.
Son illərdə Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib. Ölkə ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir, Orta Dəhliz fəal inkişaf edir, dəmir yolları, avtomobil və liman infrastrukturu modernləşdirilir. Bütün bu iri layihələr əsasən Azərbaycanın öz maliyyə resursları hesabına həyata keçirilir. Nəticədə isə yükdaşımaların həcmi artır
Avropa İttifaqının Azərbaycanın sülh gündəliyinə verdiyi dəstək və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini göstərir. Bu əməkdaşlığın ardıcıl inkişafı həm Azərbaycanın, həm də Avropa İttifaqının strateji maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün, dayanıqlı inkişafın və regional rifahın təmin olunmasına mühüm töhfə verəcək. Səfərin diqqətçəkən nəticələrindən biri də Avropa İttifaqının Orta Dəhlizin inkişafına verdiyi önəmin bir daha təsdiqlənməsi oldu. Avropa Komissiyası regionda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə 200 milyon avroyadək maliyyə dəstəyi ayırmağa hazır olduğunu bəyan etdi. Bu təşəbbüs yalnız Cənubi Qafqaz ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə deyil, eyni zamanda Avropa ilə Mərkəzi Asiyanı birləşdirən alternativ və etibarlı nəqliyyat marşrutunun daha da inkişafına mühüm töhfə verəcək.
Bu gün Azərbaycan həm regional sabitliyin təminatçısı, həm Avropanın enerji təhlükəsizliyinin dayağı, həm də yeni nəqliyyat və enerji dəhlizlərinin mərkəzidir. Və əgər bir neçə il əvvəl Avropa Azərbaycanda yalnız qaz təchizatçısını görürdüsə, bu gün o, artıq strateji müttəfiq kimi qiymətləndirilir. Məhz buna görə Avropa Komissiyası prezidentinin bu səfəri sadəcə diplomatik hadisə deyil – bu, Azərbaycanın qlobal geosiyasi sistemdə yeni rolunun açıq təsdiqidir.
Avropa Komissiyası sədrinin Azərbaycana səfəri praqmatizmin və strateji maraqların siyasi ziddiyyətlər üzərində üstünlük qazandığını göstərir. Aİ reallığı qəbul edir və Azərbaycanla güclü və müstəqil tərəfdaş kimi münasibətlər qurmağa hazırdır. Əsas odur ki, bu tərəfdaşlıq qarşılıqlı olsun və Aİ tərəfindən konkret addımlarla dəstəklənsin. O cümlədən, ölkəmizə münasibətdə qərəzli Avropa siyasətçiləri tərəfindən tətbiq olunan “ikili standartlar” praktikasının aradan qaldırılması istiqamətində də. Çünki Azərbaycan dürüst, açıq şəkildə mövqe nümayiş etdirir və Avropaya çoxsaylı məsələlərdə real dəstək verir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27

