Azərbaycanın Avropa ilə əməkdaşlığında yeni perspektivlər
07.07.2026 [11:43]
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq dövlətlərin siyasi və iqtisadi nüfuzunu müəyyən edən əsas amillərdən biridir. Azərbaycan da Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət nəticəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirmişdir. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il 1 iyul tarixində Azərbaycana səfəri və səfər çərçivəsində Cənab Prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Son illərdə siyasi dialoqun genişlənməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi və birgə layihələrin uğurla həyata keçirilməsi tərəflər arasında etimadın daha da artdığını göstərir. Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq etibarlı tərəfdaş statusunu qoruyub saxlamışdır.
Ölkə Başçısı bəyanatında enerji əməkdaşlığının Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm yer tutduğunu xüsusi qeyd etdi. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən əsas ölkələrdən biridir. Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən qaz ixracı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və enerji sahəsində reallaşdırılan uzunmüddətli layihələr ölkəmizin bu sahədə etibarlı tərəfdaş olduğunu bir daha təsdiq edir.
Bununla yanaşı, Dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycan yalnız neft və qaz ölkəsi kimi deyil, eyni zamanda yaşıl enerji sahəsində də böyük potensiala malik dövlətdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, alternativ enerji mənbələrinin inkişafı, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji siyasətində yeni mərhələnin əsasını təşkil edir. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara xidmət edir.
Çıxışı zamanı Ölkə Başçısı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qaldığını da vurğuladı. Bildirildi ki, ölkəmiz bütün dövlətlərlə münasibətlərini suverenliyə hörmət, daxili işlərə qarışmamaq və bərabərlik prinsipləri əsasında qurur. Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət kursu milli maraqların qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.
Ölkə Başçısı regionda davamlı sülhün və sabitliyin təmin edilməsinin vacibliyinə də toxundu. Qeyd olundu ki, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın formalaşdırılması regionun gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə öz konstruktiv mövqeyini və təşəbbüslərini bundan sonra da davam etdirəcək.
Bəyanatda Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı strateji rol da xüsusi qeyd edildi. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe, müasir nəqliyyat infrastrukturu, Orta Dəhlizin inkişafı istiqamətində həyata keçirilən layihələr Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevirib. Bu imkanlar həm regional, həm də qlobal iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Azərbaycan Prezidenti çıxışında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də qeyd etdi. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı investisiyaların artırılması, sənaye, rəqəmsal inkişaf, nəqliyyat, kənd təsərrüfatı, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq gələcək dövrdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və keçirilən görüşlər göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji əhəmiyyət daşıyır və qarşılıqlı maraqlara əsaslanır. Səfər zamanı aparılan müzakirələr mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırdı.
Ölkə Başçısının səsləndirdiyi fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlətdir. Ölkəmizin enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, iqtisadi inkişaf və regional sabitlik sahələrində həyata keçirdiyi siyasət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Əminliklə demək olar ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan–Avropa İttifaqı münasibətləri gələcəkdə daha da inkişaf edəcək, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənəcək və Azərbaycan qlobal əməkdaşlığın etibarlı iştirakçısı kimi öz mövqeyini bundan sonra da uğurla qoruyacaqdır.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

