26 İyun-Silahlı Qüvvələr Günü: Güc, birlik və Qələbə rəmzi
24.06.2026 [14:31]
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının həyatında xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın güclü, peşəkar və müasir ordusunun formalaşmasını, dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasını və xalqımızın qürur mənbəyinə çevrilmiş Silahlı Qüvvələrin şərəfli xidmətini ifadə edir. Hər il bu gün ölkəmizdə böyük təntənə ilə qeyd olunur, hərbçilərin xidmətləri yüksək qiymətləndirilir, Azərbaycan Ordusunun keçdiyi şərəfli yol bir daha xatırlanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Bu nəticə yalnız müasir silahların alınması və ya hərbi texnikanın yenilənməsi ilə izah oluna bilməz. Hər bir güclü ordunun arxasında görünməyən, lakin strateji əhəmiyyət daşıyan maliyyə və idarəetmə mexanizmi dayanır. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, eyni zamanda regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verən nüfuzlu hərbi qüvvədir. Ordumuz beynəlxalq sülhməramlı missiyalarda iştirak etməklə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da öz töhfəsini vermişdir. Müasir çağırışlara uyğun olaraq kibertəhlükəsizlik, xüsusi təyinatlı qüvvələrin hazırlığı, müdafiə sənayesinin inkişafı və hərbi texnologiyaların tətbiqi sahələrində görülən işlər Silahlı Qüvvələrimizin gələcək inkişaf perspektivlərini daha da gücləndirir.
Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğal altında qalması ilə barışmadı. Dövlətimiz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasına çalışdı. Lakin uzun sürən danışıqlar prosesinin nəticəsiz qalması göstərdi ki, işğalçı tərəf status-kvonu qorumağa çalışır. Belə bir şəraitdə Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atdı. Azərbaycan Ordusunun qüdrəti xüsusilə 2020-ci ilin Vətən müharibəsində öz parlaq təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində tarixi missiyanı yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun peşəkarlığının təntənəsi oldu. Azərbaycan əsgəri və zabiti döyüş meydanında misilsiz qəhrəmanlıq nümunələri göstərərək adlarını tarixə qızıl hərflərlə yazdılar.
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpasında mühüm mərhələ oldu. Qısa zaman ərzində əldə edilən nəticələr ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun təmin edilməsinə imkan yaratdı. Azərbaycan Ordusunun qələbədən suverenliyə uzanan yolu xalqımızın əzmini, dövlətimizin gücünü və milli birliyimizi əks etdirən böyük tarixi salnamədir. Bu yol sübut etdi ki, güclü dövlətin əsas dayaqlarından biri məhz peşəkar və müasir ordudur. Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin təhlükəsizliyinin, sabitliyinin və müstəqilliyinin etibarlı qarantı olaraq qalacaqdır.
Tural Cəfərquliyev
YAP Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 110 (Andromed Tibb Mərkəzi) ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

