Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər barədə

Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər barədə

24.06.2026 [12:39]

Ortaq köklərə, tarixə, dəyərlərə malik Azərbaycan və Türkmənistan uzun illər müttəfiq respublika kimi Sovet İttifaqının tərkibində olub, müstəqillik əldə etdikdən sonra isə ikitərəfli münasibətlərin formalaşdırılmasına başlayıblar. Türkmənistan Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və həmin dövrdən etibarən dövlətlərarası əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin Türkmənistana səfərləri xüsusi rol oynayıb. Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynamışdır. Bu gün iki ölkə arasında 120-dən artıq sənəd qüvvədədir. Xüsusilə 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin yüksək səviyyəsini təsdiqləyən əsas sənədlərdən biridir.

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və əməkdaşlığın yeni istiqamətləri formalaşır. Dövlət başçılarının mətbuata verdikləri bəyanat münasibətlərin mahiyyətini və gələcək perspektivlərini ortaya qoyur.Azərbaycan və Türkmənistan arasında münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi etimaddır. Prezidentlər arasında formalaşan səmimi münasibətlər, qarşılıqlı səfərlər və müntəzəm dialoq əməkdaşlığın davamlı inkişafını təmin edir.

Prezident İlham Əliyev bəyanatında vurğulayıb: “Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi”. Tərəflər əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər. Azərbaycan-Türkmənistan münasibətlərində qarşılıqlı etimad amili bütün digər istiqamətlər üzrə əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilib.

Prezident İlham Əliyevin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına verdiyi dəstəyə görə təşəkkür etməsi bu əməkdaşlığın mühüm göstəricilərindən biridir. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan arasında formalaşmış etibarlı tərəfdaşlıq münasibətləri bu baxımdan da diqqət çəkir.İki ölkə arasında mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Mədəniyyət Günlərinin təşkili, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, təhsil və elm sahəsində əlaqələrin genişlənməsi xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Aşqabadda və Arkadağda keçirilən Azərbaycan Mədəniyyəti Günləri, eyni zamanda Türkmənistan mədəniyyət xadimlərinin Bakı və Gəncəyə səfərləri iki xalqın ortaq mənəvi dəyərlərə malik olduğunu bir daha nümayiş etdirib. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər elan olunması da bu istiqamətdə atılmış mühüm addımlardandır. Həmin layihələr xalqlar arasında münasibətlərin daha da genişləşməsinə şərait yaradır.
Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsü iki dövlət arasında münasibətlərin səmimiliyini göstərən mühüm hadisələrdən biridir.

Prezident İlham Əliyevin bu təşəbbüsə görə Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkür etməsi qardaş ölkənin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini göstərir. Bu layihə həm dini-mədəni irsin qorunmasına xidmət edir, həm də Azərbaycan-Türkmənistan dostluğunun konkret ifadəsi kimi çıxış edir.Hər iki dövlətin həyata keçirdiyi siyasət regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan-Türkmənistan münasibətləri region üçün nümunəvi tərəfdaşlıq modeli hesab oluna bilər. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi amillərlə deyil, iqtisadi sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və humanitar əməkdaşlıqla da sıx bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 22-də "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması iki dövlət arasında səmimi münasibətlərin göstəricisidir.

 Prezident İlham Əliyevin görüşdə qeyd etdiyi kimi-“ Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.

Bununla yanaşı, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında “Yaşıl dəhliz”, rəqəmsal infrastruktur və fiber-optik xətlərin yaradılması istiqamətində əməkdaşlıq genişlənir. Bu layihələr regionun iqtisadi inteqrasiyasını sürətləndirməklə yanaşı, yeni texnoloji imkanlar da formalaşdıracaq.

Bu baxımdan da Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, eləcə də mədəni-humanitar əlaqələr münasibətlərin əsas sütunlarını təşkil edir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alınarsa, yaxın illərdə əməkdaşlığın daha da genişlənəcəyi və yeni mərhələyə yüksələcəyi gözlənilir.

Azərbaycan və Türkmənistan məhz bu istiqamətlər üzrə uğurlu əməkdaşlıq həyata keçirir və  münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməkdədir. Siyasi etimad, beynəlxalq platformalarda qarşılıqlı dəstək, humanitar əməkdaşlıq, regional sabitliyə ortaq baxış və qardaşlıq münasibətləri bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. İki ölkə arasında münasibətlər gələcək illərdə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfələr verəcəkdir.

Əhməd Panayev

Nərimanov rayon ƏPT sədri

Azərbaycan Rəssamlıq Akademiyası

Mülki müdafiə qərargah rəisi

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30