Silahlı Qüvvələrimizin yaradılması çoxəsrlik tariximizin şanlı səhifəsidir
24.06.2026 [11:41]
Ötən əsrin əvvəllərindən başlayan milli silahlı qüvvələrimizin yaradılması və formalaşması prosesi tarixi zərurət olmaqla yanaşı, çoxəsrlik tariximizin şanlı səhifəsidir. Belə ki, dövlət müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Təəssüflə qeyd etmək lazımdır ki, cəmi 23 ay fəaliyyətdə olan Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə bir çox sahələrdə olduğu kimi ordu quruculuğu prosesi də dayandı. Bütün bunlara baxmayaraq ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə ölkəmizdə digər bütün sahələrlə yanaşı milli ordu quruculuğunda da mühüm inkişafa nail olundu. Xalqımızın həyatında əsl dönüş səhifəsi olan bu hadisələr ölkəmizin növbəti mərhələdə tərəqqisinə əsaslı şərait yaratdı. Dövlətimizin və xalqımızın intibahında və rifahında əvəzssiz rolu olan ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində ordu quruculuğu sahəsində islahatlar davam etdrildi. Gənc və yeniyetmələrin daha savadlı, hərtərəfli, peşəkar vətəndaş kimi yetişmələri üçün hərbi təhsilin əhəmiyyəti ön plana çəkildi və beləliklə, Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu ixtisaslaşmış təhsil ocağının yaradılması və formalaşması, maddi-texniki bazasının daha da təkmilləşdirilməsi Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı peşəkar zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycanda hərbi təhsilin inkişafı və genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların nəticəsi olaraq yaradılan hərbi məktəblər ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik və s. məktəblərində təhsil alması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi ölkəmizdə hərbin inkişafına təkan verdi.
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Hərbi Akademiya, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəblərinin yaradılması ölkəmizdə milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi oldu. Xüsusilə 1994-cü ildə Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilənin imzalanması milli ordunun formalaşması prosesini daha da sürətləndirdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Hər il ölkəmizdə bu şanlı tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Sevindirici və qüruruverici haldır ki, ulu öndər Heydər Əliyev tərəfindən aparılan hərbi islahatlar dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Azərbaycan ordusu Qafqazda ən müasir ordu hesab olunur və MDB çərçivəsində müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən biridir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması isə öz növbəsində xalqımızın ordumuza olan inamını daha da artırır. Bu nailiyyətlərin əsas səbəblərindən biri də məhz dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin nəticəsidir.
Azərbaycan ordusunun ən qətiyyətli qələbəsi isə tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindəki zəfərimizdir. Belə ki, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatlarının nəticəsi olaraq düşmən tapdağı altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 gün ərzində davam edən Vətən müharibəsində ədalət təmin edildi, milli ordumuz misli görülməmiş qəhrəmanlıq salnaməsinə imza atdı. 2023-cü ilin sentyabrın 20-da ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində də Ermənistandakı revanşist qüvvələri məhv etməklə, dövlətimizin qətiyyətli mövqeyini bir daha sübut etmiş oldu. Antiterror tədbirlərinin nəticəsi olaraq növbəti dəfə təslimçi məğlubiyyətlə barışmalı olan Ermənistan geri çəkilməyə məcbur edildi və ərazi bütövlüyümüz tam bərpa edildi.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12

