Azad Şuşadan dünyaya mesaj: müttəfiqlik və strateji birlik
14.06.2026 [08:28]
Prezident İlham Əliyev: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq iki qardaş ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən rəsmi müttəfiqlik mərhələsinə yüksəltdi. Bu bəyannamə təkcə siyasi sənəd deyil, həm də regionda yeni geosiyasi reallıqların hüquqi ifadəsi və gələcək əməkdaşlığın yol xəritəsidir. Şuşa Bəyannaməsi 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni regional şəraitdə imzalanmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda kommunikasiyaların açılması perspektivi və təhlükəsizlik arxitekturasının yenidən qurulması iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsini zəruri edirdi. 15 iyun tarixinin seçilməsi də rəmzi məna daşıyır. Bu gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə bağlıdır. Məhz belə bir gündə Şuşada imzalanan sənəd Azərbaycan–Türkiyə qardaşlığının siyasi zirvəyə çatdığını nümayiş etdirdi.
Şuşa Bəyannaməsi bütün sahələri əhatə edən geniş əməkdaşlıq mexanizmlərini nəzərdə tutur. Belə ki, siyasi və diplomatik əməkdaşlıq xüsusi olaraq vurğulanır. Bu baxımdan beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, regional və qlobal məsələlərdə vahid mövqedən çıxış və xarici siyasət məsələlərində koordinasiyanın gücləndirilməsi əhəmiyyətlidir. Sənəddə tərəflərdən birinə qarşı təhdid və ya hücum olacağı təqdirdə qarşılıqlı məsləhətləşmələrin aparılması və zəruri tədbirlərin görülməsi vurğulanır. Bu müddəa müttəfiqlik münasibətlərinin əsasını təşkil edir. Hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və Silahlı Qüvvələr arasında koordinasiya bu istiqamətin əsas elementləridir.
Sənəddə Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində əməkdaşlığı xüsusi yer tutur. Sənəddə tərəflərin beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan, bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən siyasət yürütməsi təsbit olunur. Bu müddəa iki dövlətin xarici siyasət kursunun koordinasiyalı şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan və Türkiyə artıq enerji layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. TANAP və Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi layihələr strateji tərəfdaşlığın iqtisadi sütunlarıdır. Şuşa Bəyannaməsi bu əməkdaşlığın daha da genişləndirilməsini və yeni nəqliyyat-logistika xətlərinin yaradılmasını nəzərdə tutur. Zəngəzur dəhlizinin açılması perspektivi regionda yeni iqtisadi imkanlar yaradır. Bu dəhliz vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpası və Türkiyə ilə birbaşa bağlantının qurulması planlaşdırılır. Ortaq tarix, dil və mədəniyyət iki xalq arasında münasibətlərin təməlini təşkil edir. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq gücləndirilir, birgə layihələr həyata keçirilir.
Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik modelinin formalaşmasına təsir göstərir. Azərbaycan–Türkiyə tandemi regionda sabitlik və əməkdaşlıq platformasının əsas aparıcı qüvvələrindən birinə çevrilmişdir. Bu sənəd həm də türk dünyasında inteqrasiya proseslərinə təkan verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, ortaq iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi perspektivləri güclənir.
Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanma mərasimində çıxış edərək sənəddə tarixi Qars müqaviləsinə istinad olunmasının xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulamışdır. Prezident qeyd etmişdir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. 1921-ci ildə imzalanmış Qars müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında sərhədləri və qarşılıqlı münasibətlərin əsas prinsiplərini müəyyənləşdirmiş mühüm beynəlxalq sənəd idi. Həmin müqavilə regionda sabitliyin təmin olunmasına və Naxçıvanın təhlükəsizliyinə zəmanət verən müddəaları ilə tarixə düşmüşdür. Şuşa Bəyannaməsində bu sənədə istinad edilməsi, Azərbaycan–Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini və müasir müttəfiqliyin yüzillik siyasi-hüquqi ənənənin davamı olduğunu göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, yüz il əvvəl imzalanmış Qars müqaviləsi ilə bu gün Şuşada imzalanmış müttəfiqlik sənədi arasında ideya və məqsəd baxımından varislik mövcuddur. Əgər Qars müqaviləsi regionda yeni siyasi reallıqları təsbit etmişdisə, Şuşa Bəyannaməsi də İkinci Qarabağ müharibəsindən sonra formalaşmış yeni geosiyasi reallıqların hüquqi ifadəsinə çevrilmişdir.
Şuşa şəhərinin – Şuşanın – azad olunmasından sonra burada belə bir sənədin imzalanması da böyük rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəni paytaxtı olmaqla yanaşı, həm də milli qürur və suverenliyin simvoludur. Məhz bu şəhərdə müttəfiqlik haqqında Bəyannamənin imzalanması Azərbaycan–Türkiyə birliyinin siyasi, mənəvi və tarixi vəhdətini nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında Qars müqaviləsinə edilən istinad Şuşa Bəyannaməsinin təkcə cari siyasi sənəd deyil, həm də tarixi ardıcıllığın və strateji davamlılığın göstəricisi olduğunu təsdiqləyir. Bu yanaşma iki qardaş ölkənin keçmişdən gələcəyə uzanan müttəfiqlik xəttini daha da möhkəmləndirir və gələcək əməkdaşlığın ideoloji-siyasi əsaslarını müəyyənləşdirir.
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin zirvə nöqtəsi olmaqla yanaşı, yeni mərhələnin başlanğıcıdır. Bu sənəd iki dövlət arasında “bir millət, iki dövlət” prinsipinin hüquqi və siyasi təsdiqidir. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış bu bəyannamə yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən tarixi sənəd kimi qiymətləndirilir. Azərbaycan və Türkiyə müttəfiqliyi bundan sonra da siyasi sabitliyin, iqtisadi tərəqqinin və təhlükəsizliyin əsas dayaqlarından biri olaraq qalacaqdır.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

