Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığının müttəfiqlik zirvəsi
13.06.2026 [19:00]
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Qarabağ Zəfərindən sonra imzalanan bu mühüm sənəd iki qardaş ölkə arasındakı münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini təsdiqləmişdir.
Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanması xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da mühüm rol oynayır.
Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimində çıxışı zamanı qeyd etmişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”. Həqiqətən də, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri bu gün iki dövlət arasındakı münasibətlərin əsas fəlsəfəsini təşkil edir.
Şuşa Bəyannaməsi bütün sahələri əhatə edən əməkdaşlığın hüquqi-siyasi əsasını daha da möhkəmləndirmişdir. Sənəddə siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, hərbi təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət və informasiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tərəflərdən birinin müstəqilliyinə və ərazi bütövlüyünə təhdid yarandığı halda qarşılıqlı dəstəyin göstərilməsi müttəfiqlik münasibətlərinin mahiyyətini əks etdirir.
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəaları da öz əksini tapmışdır. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi, regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış etməsi nəzərdə tutulur. Bu yanaşma türk dünyasının həmrəyliyinin gücləndirilməsi və regionda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Şuşa Bəyannaməsi gələcək münasibətlərin məzmununu müəyyən edən strateji yol xəritəsi kimi çıxış edir. Sənəd iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və regional inkişafın sürətləndirilməsinə xidmət edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı perspektivlər Azərbaycan və Türkiyəni birləşdirən strateji əlaqələrin daha da möhkəmlənəcəyini göstərir.
Prezident İlham Əliyev çıxışında Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilməsinin də xüsusi rəmzi məna daşıdığını vurğulamışdır: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Bu fikir Şuşa Bəyannaməsinin təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm strateji sənəd olduğunu göstərir.
Bəyannamədə informasiya mübadiləsi və media sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilmişdir. Dezinformasiyaya qarşı birgə mübarizə, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi iki qardaş ölkənin qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyən edilmişdir.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəsini ifadə edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini, ortaq tarixi köklərini və gələcəyə hesablanmış strateji məqsədlərini özündə əks etdirir. Şuşada imzalanan bu mühüm sənəd “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi təcəssümü olmaqla yanaşı, regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsinə mühüm töhfə verir.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

